https://sputnik.az/20230203/kinci-defe-dusunmeden-moskvaya-getdim---kasem-451384040.html
İkinci dəfə düşünmədən Moskvaya getdim - Kasem
İkinci dəfə düşünmədən Moskvaya getdim - Kasem
Sputnik Azərbaycan
"Sputnik Litva"nın şef redaktoru bildirib ki, ona həmişə özünü təsdiq etmək üçün imkan yaradılıb. 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T16:45+0400
2023-02-03T16:45+0400
2023-02-03T16:45+0400
rusiya
sputnik
litva
redaktor
həbs
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400515_0:106:2048:1258_1920x0_80_0_0_59179e11ac591d8035825278eb50d08e.jpg
BAKI, 3 fevral — Sputnik. "2013-cü ildə mənə Suriyada humanitar missiyada könüllü olmaq təklif olundu və ora getdim. Qorxulu deyildi, amma partlayışlar olurdu. Bunu "Sputnik Litva"nın şef redaktoru Marat Kasem "Ria Novosti"yə müsahibəsində açıqlayıb. Marat Kasem "Rossiya Seqodnya" media qrupuna daxil olan "Sputnik Litva"nın şef redaktorudur. Latviya vətəndaşıdır, bir neçə il idi ki, Moskvada yaşayırdı. Ötən ilin dekabrın 30-da jurnalist ailə vəziyyəti ilə əlaqədar olaraq Latviyaya gedib. Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Yanvarın 5-də keçirilmiş məhkəmə iclasında ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kasemin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. M.Kasemə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması; casusluq. Qeyd edək ki, ikinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir. Kasem təhsili ilə paralel olaraq tərcümə agentliyində çalışıb. O, bu barədə də maraqlı məqamları açıqlayıb:"İxtisasım üzrə dindirmə və məhkəmə iclaslarında məhbuslar və təkrar cinayət törədənlər üçün tərcüməçiliklə məşğul olurdum. Qanuna görə, Latviya hökuməti vətəndaşları dindirilmə və məhkəmə prosesi zamanı tərcüməçi ilə təmin etməlidir, əks halda, onlar hökmdən şikayət verə bilərlər. Həmin müddətdə tərcüməçilik etdiyim kütlə fərqli idi: manyaklar, zorlamada ittiham olunanlar, narkokuryerlər... Mənə öz "qəyyumluğumda" olanlardan hədə-qorxular gəlirdi. Onlar deyirdi ki, "buradan çıxacağam, məni xatırlayacaqsan". Hərdən onları bir sözlə, yüksək səslə sakitləşdirməli olurdum. Bəzən söhbət ümumiyyətlə "oğru" jarqonuna çevrilirdi. Latviya dilinin özünəməxsus söyüşləri varmı? Əsasən yoxdur: klassik quldur jarqonundan istifadə edirlər.Bu kontingentlə həftədə bir yerdə olmaq və ünsiyyət qurmaq mənim üçün çətin idi. Onların kameralarına düşdüm, məhkəmələrdən çıxmadım. Skandinav xarakterinə baxmayaraq, psixoloji cəhətdən daimi stress yaşadım, çünki, mən emosional bir insanam. Buna görə də, çox istəyirdim ki, oradan tez bir zamanda çıxım, amma necə olur olsun, yaşamalı idim. Və sonra başqa bir təsadüf... Sürətli reaksiyanın faydaları haqqında - Mən magistraturada oxuyurdum. Milad tətilindəyəm. Hindistanlı dostlarımla Berlində kabab yeyirəm. Bir sosial şəbəkənin lentini vərəqləyirəm, "Moskvada latışlar" qrupu var. Boş-boş yazırlar: Riqaya kim gedəcək, kimin imkanı var, şokolad gətirsin. Və birdən: "Moskva multimedia layihəsində işləmək üçün latış dilini bilən şəxs tələb olunur". Fikirləşirəm: Görəsən, Moskvada latış dilini bilən adam nəyə lazımdır? Axşam yazdım, cavab aldım ki, iki gün sonra müsahibəyə gəl. Cavab verirəm ki, iki günə mən Moskvada ola bilməyəcəyəm, çünki indi Berlindəyəm. Yox, deyirlər, gəl, yoxsa heç gəlməyin lazım deyil. İkinci dəfə düşünmədən Moskvaya getdim. Kasem müsahibədə bir vaxtlar Riqada jurnalistika ilə məşğul olduğunu deyib: ""Pik" radiosunda aparıcı olmuşam, "Focus" portalı və digər Latviya nəşrləri üçün də mətnlər yazmışam. Bu mənim üçün daha çox hobbi idi. Məni prodüser vəzifəsinə götürdülər. Bir ay sonra aparıcı oldum. Heç vaxt buna nail ola bilməzdim. Mən balıq bürcüyəm, ona görə də axınla gedirəm. Qayıq kimi... Birdən-birə fors-major hadisə baş verdi, təcili kimisə efirə çıxarmaq lazım idi. Beş il əvvəl mənə "Sputnik Litva"ya rəhbərlik etməyi təklif etdilər. Amma mən efirdə işləməyə davam edirəm, buna görə rəhbərlərimə çox minnətdaram - onlar həmişə mənə özümü təsdiq etmək üçün imkan yaradıblar.(Ardı var)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230203/avtobus-surucusu-olmaq-isteyirdim---marat-kasem-451376061.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/06/450400515_116:0:1933:1363_1920x0_80_0_0_460ec02f7dd4ce264c83bdddabe5a504.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sputnik, litva, redaktor, həbs
sputnik, litva, redaktor, həbs
İkinci dəfə düşünmədən Moskvaya getdim - Kasem
"Sputnik Litva"nın şef redaktoru bildirib ki, ona həmişə özünü təsdiq etmək üçün imkan yaradılıb.
BAKI, 3 fevral — Sputnik. "2013-cü ildə mənə Suriyada humanitar missiyada könüllü olmaq təklif olundu və ora getdim. Qorxulu deyildi, amma partlayışlar olurdu. Bunu "Sputnik Litva"nın şef redaktoru Marat Kasem "Ria Novosti"yə müsahibəsində açıqlayıb.
Marat Kasem "Rossiya Seqodnya" media qrupuna daxil olan "Sputnik Litva"nın şef redaktorudur. Latviya vətəndaşıdır, bir neçə il idi ki, Moskvada yaşayırdı. Ötən ilin dekabrın 30-da jurnalist ailə vəziyyəti ilə əlaqədar olaraq Latviyaya gedib. Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Yanvarın 5-də keçirilmiş məhkəmə iclasında ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kasemin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. M.Kasemə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması; casusluq. Qeyd edək ki, ikinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
Kasem təhsili ilə paralel olaraq tərcümə agentliyində çalışıb. O, bu barədə də maraqlı məqamları açıqlayıb:
"İxtisasım üzrə dindirmə və məhkəmə iclaslarında məhbuslar və təkrar cinayət törədənlər üçün tərcüməçiliklə məşğul olurdum. Qanuna görə, Latviya hökuməti vətəndaşları dindirilmə və məhkəmə prosesi zamanı tərcüməçi ilə təmin etməlidir, əks halda, onlar hökmdən şikayət verə bilərlər. Həmin müddətdə tərcüməçilik etdiyim kütlə fərqli idi: manyaklar, zorlamada ittiham olunanlar, narkokuryerlər... Mənə öz "qəyyumluğumda" olanlardan hədə-qorxular gəlirdi. Onlar deyirdi ki, "buradan çıxacağam, məni xatırlayacaqsan". Hərdən onları bir sözlə, yüksək səslə sakitləşdirməli olurdum. Bəzən söhbət ümumiyyətlə "oğru" jarqonuna çevrilirdi. Latviya dilinin özünəməxsus söyüşləri varmı? Əsasən yoxdur: klassik quldur jarqonundan istifadə edirlər.
Bu kontingentlə həftədə bir yerdə olmaq və ünsiyyət qurmaq mənim üçün çətin idi. Onların kameralarına düşdüm, məhkəmələrdən çıxmadım. Skandinav xarakterinə baxmayaraq, psixoloji cəhətdən daimi stress yaşadım, çünki, mən emosional bir insanam. Buna görə də, çox istəyirdim ki, oradan tez bir zamanda çıxım, amma necə olur olsun, yaşamalı idim. Və sonra başqa bir təsadüf...
Sürətli reaksiyanın faydaları haqqında
- Mən magistraturada oxuyurdum. Milad tətilindəyəm. Hindistanlı dostlarımla Berlində kabab yeyirəm. Bir sosial şəbəkənin lentini vərəqləyirəm, "Moskvada latışlar" qrupu var. Boş-boş yazırlar: Riqaya kim gedəcək, kimin imkanı var, şokolad gətirsin. Və birdən: "Moskva multimedia layihəsində işləmək üçün latış dilini bilən şəxs tələb olunur". Fikirləşirəm: Görəsən, Moskvada latış dilini bilən adam nəyə lazımdır?
Axşam yazdım, cavab aldım ki, iki gün sonra müsahibəyə gəl. Cavab verirəm ki, iki günə mən Moskvada ola bilməyəcəyəm, çünki indi Berlindəyəm. Yox, deyirlər, gəl, yoxsa heç gəlməyin lazım deyil. İkinci dəfə düşünmədən Moskvaya getdim.
Kasem müsahibədə bir vaxtlar Riqada jurnalistika ilə məşğul olduğunu deyib: ""Pik" radiosunda aparıcı olmuşam, "Focus" portalı və digər Latviya nəşrləri üçün də mətnlər yazmışam. Bu mənim üçün daha çox hobbi idi. Məni prodüser vəzifəsinə götürdülər. Bir ay sonra aparıcı oldum. Heç vaxt buna nail ola bilməzdim. Mən balıq bürcüyəm, ona görə də axınla gedirəm. Qayıq kimi... Birdən-birə fors-major hadisə baş verdi, təcili kimisə efirə çıxarmaq lazım idi. Beş il əvvəl mənə "Sputnik Litva"ya rəhbərlik etməyi təklif etdilər. Amma mən efirdə işləməyə davam edirəm, buna görə rəhbərlərimə çox minnətdaram - onlar həmişə mənə özümü təsdiq etmək üçün imkan yaradıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.