https://sputnik.az/20230203/avtobus-surucusu-olmaq-isteyirdim---marat-kasem-451376061.html
Avtobus sürücüsü olmaq istəyirdim - Marat Kasem
Avtobus sürücüsü olmaq istəyirdim - Marat Kasem
Sputnik Azərbaycan
"Sputnik Litva"nın baş redaktoru deyir ki, yumor düşüncənin sürəti və kəskinliyidir və bu, jurnalist üçün ən vacib şeydir. 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T14:19+0400
2023-02-03T14:19+0400
2023-02-03T15:00+0400
sputnik
litva
rusiya
https://cdnn1.img.sputnik.az/img/42055/39/420553998_0:0:1440:810_1920x0_80_0_0_319d62ffe49b06cbf86520504a34a079.jpg
BAKI, 3 fevral — Sputnik. "Mən bütün uşaqlığım boyunca balaca Salaspilsdən olan insanları paytaxta işləməyə aparan 6317 nömrəli Riqa - Salaspils avtobusunun sürücüsü olmaq istəyirdim. Yorğun halda işdən evə qayıdan insanları geri gətirirsən..." Bu fikirlər "Sputnik Litva"nın baş redaktoru Marat Kasem RİA Novosti-yə müsahibəsində deyib.Marat Kasem "Rossiya Seqodnya" media qrupuna daxil olan "Sputnik Litva"nın şef redaktorudur. Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır. Ötən ilin dekabrın 30-da jurnalist ailə vəziyyəti ilə əlaqədar olaraq Latviyaya gedib. Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Yanvarın 5-də keçirilmiş məhkəmə iclasındə ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kasımın vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. M.Kasemə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması; casusluq. Qeyd edək ki, İkinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir."Onlara bilet, bir neçə kupon verirsən. Uşaq vaxtı həmişə sükanla oynayırdım və sürücü olmaq arzusunda idim, amma alınmadı. Hələ sürücülük vəsiqəm də yoxdur, ona görə də heç kim məni avtobusa buraxmaz. Deməli, jurnalist işləməliyəm", - Kasem bildirib. Kasem həyatı və ailəsi haqqında da maraqlı faktları açıqlayıb. "Atamın cəmi 13 övladı var. Mən birincisiyəm. Ailə mövzusunu davam etdirərək, mənim üçün vacib bir şeyi demək istəyirəm. Siz qohumlardan danışırsınız, amma cavab vermək istəyirəm: bəli, mənim nə qohumum var, nə də ailəm var. İndi vaxtımın çoxunu agentlikdə keçirirəm - onda kim mənə daha yaxındır? Əslində bu mənim ailəmdir. Mənim başqa kimsəm yoxdur. Evdən Latviyaya gedəndə dərhal darıxmağa başlayıram və həmişə bura qayıtmaq istəyirəm, qayıtmağı üstün tuturam. Siz şən və cazibədar bir insansınız, gözəl yumor hissiniz var. Peşənizdə kömək edirmi? - Bu kömək edir, çünki yumor düşüncənin sürəti və kəskinliyidir. Jurnalistdə ən vacib şey olmalıdır. Hətta ciddi vəziyyətlər bəzən yumorla yumşaldıla bilər və bu edilməlidir ki, camaat bunu daha asan həzm etsin. Təbii ki, mətnlər də önəmlidir. İnsan nəyisə ironiya ilə yazanda mətn çox asan oxunur. Təəssüf ki, bu günlərdə nadir hallarda belə olur. Çox güman ki, mənə yumor hissi miras qalmışdı, çünki ailəmiz mənə bundan əhəmiyyətli bir şey qoya bilməzdi. Bu yumor hissi miras buraxdılar. Mənim babam da belə idi. - Təqaüddə nə etmək istərdiniz? - Sizə bir sirr açım: mən artıq təqaüdə çıxmışam. Latviya qanunlarına görə mən 16 yaşımdan ailə başçısını itirməyə görə pensiya alıram. Ona görə də işləyən pensiyaçıyam. Amma Latviyada pensiya azdır, tək bununla yaşamaq mümkün deyil. Buna görə işləməliyəm. (Gülür.) Təqaüdçü kimi istədiyim vaxt işi dayandırıb arzuladığım işi görə bilərəm. Beyin performansının səviyyəsini öz-özünə qiymətləndirmək və hər şeyin istirahət etmək vaxtı olduğunu düşünəndə başa düşdüm ... Mən həyatımın son dövrünü Latviyada yaşamaq istərdim - bu, pensiyaçılar, xüsusən də pulu olanlar üçün əla ölkədir. Moskvadakı kimi gənclik enerjisi yoxdur. Mən nə edəcəm? Yaxşı, xatırlayırsınız - 6317 nömrəli Riqa - Salaspils avtobusunu sürəcəyəm! Sadəcə bunün üçün sürücülük vəsiqəsi almaq lazımdır.Xatıarladaq ki, Marat Kasem Latviya vətəndaşıdır. O, bir neçə ildir ki, Moskvada yaşayır və "Sputnik Litva"nın da daxil olduğu "Россия сегодня" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Jurnalist Riqanın mərkəzi həbsxanasına köçürülüb.(Ardı var)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42055/39/420553998_0:0:1108:831_1920x0_80_0_0_b1a3f2cb45947cb86f3e674c28cf959d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sputnik, litva
Avtobus sürücüsü olmaq istəyirdim - Marat Kasem
14:19 03.02.2023 (Yenilənib: 15:00 03.02.2023) "Sputnik Litva"nın baş redaktoru deyir ki, yumor düşüncənin sürəti və kəskinliyidir və bu, jurnalist üçün ən vacib şeydir.
BAKI, 3 fevral — Sputnik. "Mən bütün uşaqlığım boyunca balaca Salaspilsdən olan insanları paytaxta işləməyə aparan 6317 nömrəli Riqa - Salaspils avtobusunun sürücüsü olmaq istəyirdim. Yorğun halda işdən evə qayıdan insanları geri gətirirsən..." Bu fikirlər "Sputnik Litva"nın baş redaktoru Marat Kasem RİA Novosti-yə müsahibəsində deyib.
Marat Kasem "Rossiya Seqodnya" media qrupuna daxil olan "Sputnik Litva"nın şef redaktorudur. Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır. Ötən ilin dekabrın 30-da jurnalist ailə vəziyyəti ilə əlaqədar olaraq Latviyaya gedib. Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Yanvarın 5-də keçirilmiş məhkəmə iclasındə ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kasımın vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. M.Kasemə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması; casusluq. Qeyd edək ki, İkinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
"Onlara bilet, bir neçə kupon verirsən. Uşaq vaxtı həmişə sükanla oynayırdım və sürücü olmaq arzusunda idim, amma alınmadı. Hələ sürücülük vəsiqəm də yoxdur, ona görə də heç kim məni avtobusa buraxmaz. Deməli, jurnalist işləməliyəm", - Kasem bildirib.
Kasem həyatı və ailəsi haqqında da maraqlı faktları açıqlayıb.
"Atamın cəmi 13 övladı var. Mən birincisiyəm. Ailə mövzusunu davam etdirərək, mənim üçün vacib bir şeyi demək istəyirəm. Siz qohumlardan danışırsınız, amma cavab vermək istəyirəm: bəli, mənim nə qohumum var, nə də ailəm var. İndi vaxtımın çoxunu agentlikdə keçirirəm - onda kim mənə daha yaxındır? Əslində bu mənim ailəmdir. Mənim başqa kimsəm yoxdur. Evdən Latviyaya gedəndə dərhal darıxmağa başlayıram və həmişə bura qayıtmaq istəyirəm, qayıtmağı üstün tuturam.
Siz şən və cazibədar bir insansınız, gözəl yumor hissiniz var. Peşənizdə kömək edirmi?
- Bu kömək edir, çünki yumor düşüncənin sürəti və kəskinliyidir. Jurnalistdə ən vacib şey olmalıdır. Hətta ciddi vəziyyətlər bəzən yumorla yumşaldıla bilər və bu edilməlidir ki, camaat bunu daha asan həzm etsin. Təbii ki, mətnlər də önəmlidir. İnsan nəyisə ironiya ilə yazanda mətn çox asan oxunur. Təəssüf ki, bu günlərdə nadir hallarda belə olur. Çox güman ki, mənə yumor hissi miras qalmışdı, çünki ailəmiz mənə bundan əhəmiyyətli bir şey qoya bilməzdi. Bu yumor hissi miras buraxdılar. Mənim babam da belə idi.
- Təqaüddə nə etmək istərdiniz?
- Sizə bir sirr açım: mən artıq təqaüdə çıxmışam. Latviya qanunlarına görə mən 16 yaşımdan ailə başçısını itirməyə görə pensiya alıram. Ona görə də işləyən pensiyaçıyam. Amma Latviyada pensiya azdır, tək bununla yaşamaq mümkün deyil. Buna görə işləməliyəm. (Gülür.) Təqaüdçü kimi istədiyim vaxt işi dayandırıb arzuladığım işi görə bilərəm. Beyin performansının səviyyəsini öz-özünə qiymətləndirmək və hər şeyin istirahət etmək vaxtı olduğunu düşünəndə başa düşdüm ...
Mən həyatımın son dövrünü Latviyada yaşamaq istərdim - bu, pensiyaçılar, xüsusən də pulu olanlar üçün əla ölkədir. Moskvadakı kimi gənclik enerjisi yoxdur. Mən nə edəcəm? Yaxşı, xatırlayırsınız - 6317 nömrəli Riqa - Salaspils avtobusunu sürəcəyəm! Sadəcə bunün üçün sürücülük vəsiqəsi almaq lazımdır.
Xatıarladaq ki, Marat Kasem Latviya vətəndaşıdır. O, bir neçə ildir ki, Moskvada yaşayır və "Sputnik Litva"nın da daxil olduğu "Россия сегодня" media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o, saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Jurnalist Riqanın mərkəzi həbsxanasına köçürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.