https://sputnik.az/20230203/eqreb-movsumunun-elnaresi-guya-azerbaycanda-erine-xeyanet-eden-qadin-yoxdur---vdeo-451348667.html
"Əqrəb mövsümü"nün Elnarəsi: "Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur - VİDEO
"Əqrəb mövsümü"nün Elnarəsi: "Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur - VİDEO
Sputnik Azərbaycan
Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisadır. Son günlər Azərbaycan ən... 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T10:00+0400
2023-02-03T10:00+0400
2023-02-03T10:00+0400
azərbaycan
mədəniyyət
teatr
kino
serial
əqrəb
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451261221_0:0:2000:1125_1920x0_80_0_0_3588e750341edc97023514fc38e1c99d.jpg
BAKI, 3 fevral — Sputnik. Zülfiyyə Qurbanova son illər Azərbaycan kinosunda və teatrında ən çox rol alan akrtisalardandır. Sənətçi 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olub. 2007-ci ildə oranı bitirib. Həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olunub. Səhnə həyatına da elə həmin il başlayıb. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Z.Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisadır. Son günlər Azərbaycanda ən çox baxılan seriallardan olan "Əqrəb mövsümü"nün Elnarəsi Sputnik Azərbaycan"ın qonağı olub. - Zülfiyyə xanım, siz həm kinoda, həm serialda, həm də teatrda bir-birindən bənzərsiz obrazlarda oynamısınız. Adətən aktrisalar "Teatr, yoxsa kino?" sualını verəndə əksəriyyətinin cavabı "teatr" olur. Sizin üçün hansı daha doğmadır? - Teatr canlı nəfəs üçün lazımdır. Kinoda, serialda çəkiləndə o canlı nəfəs üçün çox darıxırsan. Bir müddət teatr tamaşalarına dəvət almayanda, ya da köhnə tamaşaları oynayanda darıxıram. Filmə çəkilməyəndə isə kamera üçün darıxırsan. Mənim üçün hərəsinin öz yeri var. Kameranı ona görə sevirəm ki, sənin gözün kameranı aldada bilməz. Kamerada jestləri, mimikaları çatdırmaq vacibdir. Teatr isə qabarıqlığı sevir. Sən axırıncı sırada oturan tamaşaçı üçün oynamalısan. Hər ikisi də mənim üçün doğmadır. - Teatrlarımızda pafos, dialoqlardakı ideallaşdırmanın hələ də davam etməsi sizə görə mənfi, yoxsa müsbət haldır? -Teatrda pafos lazımdır. Tarixi tamaşalarda isə daha çox lazımdır. Hər hansı bir tamaşada söz ağzından tökülən aktyoru izləyə bilmirəm. Lazım gələndə pafosdan da istifadə etmək olar. Təbii ki, səmimiyyət də vacibdir. Məgər Türkiyədə yoxdur? Baxın Türkiyədə çəkilən tarixi janrda olan filmlərə, orada da pafos var. Çünki, dövrə xitab edir. Mən adi, məişət mövzulu tamaşalardan danışmıram. - Sizcə, teatr və kinonun bugünki vəziyyətini müqayisə etsək, hansı daha çox inkişaf edib? - Pandemiyadan sonra teatrlara olan maraq artdı. Əvvəllər teatrlar tamaşaçı sarıdan əziyyət çəkirdi. Tamaşaçı gətirmək mümkün deyildi. İndi hamı istəyir ki, tamaşaya gəlsin. Kinoda da son illər inkişaf var. - Zülfiyyə xanım, nədənsə dövlət hesabına çəkilmiş filmlərlə müqayisədə müstəqil, sponsorun maddi dəstəyi ilə çəkilən filmlər daha çox tamaşaçı kütləsi toplayır. Sizcə, bunun səbəbi nədir? - Mənə elə gəlir ki, bu ruh sərbəstliyindən isrəli gəlir. Dövlət büdcəsinə çəkilən filmlərə müəyyən qadağalar qoyulur. Rejissor, aktyor çərçivədən çıxa bilmir. Azərbaycanda kifayət qədər dövlət büdcəsi ilə filmlər çəkilir. Büdcəsini eşidəndə heyrətə gəlirsən. Amma nəticəyə baxanda görürsən ki, ortalıqda heç bir şey yoxdur. Mən illərdir bu səhədəyəm. İllərlə məni kinostudiyada çəkilən filmlərin kastinqinə belə dəvət etmədilər. Mən hətta onlara müraciət də etmişdim. Dəvət edərdilər, rolun öhdəsindən gələ bilməsəm, deyərdilər ki, "Zülfiyyə xanım, siz bacarmırsınız, sizin yerinizə Güldəstəni çəkirəm". Mən də razılaşaram. İllərdir ki, kinostudiyada çəkilən filmlərə eyni aktyorları çəkirlər. Niyə? Mənim müraciətimdən sonra məni dəvət etdilər və çəkildim. - Adətən tamaşaçılar filmdə olan açıq-saçıq səhnələri, vulqar sözləri qəbul etmirlər. Aktyoru, rejissoru buna görə qınaq atəşinə tuturlar. Son vaxtlar gündəmdən düşməyən, sizin də rol aldığınız "Əqrəb mövsümü" serialında da qeyd etdiyim nüanslara görə tamaşaçılar rejissoru qınadılar. Sizcə, niyə Azərbaycan tamaşaçısı əcnəbi filmdə bunları qəbul edir, özümüzün filmlərinə gələndə tənqidlə yanaşır? -Bizimkilər ümumiyyətlə, Azərbaycanda baş verən hadisələri ölkəmizə yaraşdırmırlar. O saat deyirlər, "nə danışırsınız, Azərbaycanda gəlinini söyən qaynata var?" Tamaşaçı elə təəccüblənir ki, guya bunlar başqa ölkədə yaşayır, mən başqa ölkədə. Əlbəttə var. Gəlini söyən, zorlayan, kürəkəni tərəfindən, atası tərəfindən zorlanan qadınlarımız var. Ərinə xəyanət edən qadınlar, qadınına xəyanət edən kişilər bu cəmiyyətdə çoxdur. Amma bunu filmdə, ekranda görəndə deyirlər "bizim milli mentaliletimizə ziddir, belə şeyləri təbliğ etməyin". Belə çıxır ki, Azərbaycanda heç bir qadın ərinə xəyanət etməyib, ilk dəfə bunu mən etmişəm. Mən ərinə xəyanət edən qadını oynamışam. Guya Azərbaycanda belə şey ola biləz. Siz Allah, bu şəxsi fikirlərinizi kənara qoyun. Filmlər, bədii əsərlər elə həyatdan götürülüb də. Çox az hissəsi rejissor təxəyyülünün məhsulu olur. - Vaxtaşırı yaşı 65-i keçən aktyorların teatrdan uzaqlaşdırılması məsələsi gündəmə gəlir. Əksər insanlar, xüsusən sənət adamları bu məsələdən narazıdırlar. Teatrların rəhbərləri isə deyirlər: yaşlı aktyorlar getsin ki, gənc nəslə yol açıqlsın. Bu, nə dərəcədə doğru yanaşmadır? -Məgər teatr dövlət işidir ki, saat 9-dan 6-a qədər işləsin? Yaxşı, deyək ki, yaşlı aktyoru uzaqlaşdırdılar. Bəs onun obrazlarını kim oynayacaq? Gənc aktyoru qrimləmək olar, amma o obrazı yarada bilməz, imitasiya edə bilər. O da nə qədər davam edə bilər? Aktyor səhnədə vəfat etməlidir. Bizim ömrümüz tamaşalarda, kino çəkilişində, məşqdə keçir. Belə çıxır ki, cavanlığında mənə lazım idin, indi yaşlanmısan yararsızsan? Çalışdığım teatrı ona görə sevirəm ki, bizim teatrda yaşı 90-ı keçmiş aktyorlar var, onlara diqqət var. Rəhmətlik Amaliya Pənahova zamanında Akademik Milli Dram teatrından uzaqlaşdırılan aktyorları bir araya yığmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451261221_223:0:2000:1333_1920x0_80_0_0_1a674d548222458e223cc7c51d79a337.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, teatr, kino, serial, əqrəb
azərbaycan, teatr, kino, serial, əqrəb
"Əqrəb mövsümü"nün Elnarəsi: "Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur - VİDEO
Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisadır. Son günlər Azərbaycan ən çox baxılan seriallardan olan "Əqrəb mövsümü"nün Elnarəsi Sputnik Azərbaycan-ın qonağı olub.
BAKI, 3 fevral — Sputnik. Zülfiyyə Qurbanova son illər Azərbaycan kinosunda və teatrında ən çox rol alan akrtisalardandır. Sənətçi 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olub. 2007-ci ildə oranı bitirib. Həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olunub. Səhnə həyatına da elə həmin il başlayıb. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Z.Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisadır. Son günlər Azərbaycanda ən çox baxılan seriallardan olan "Əqrəb mövsümü"nün Elnarəsi Sputnik Azərbaycan"ın qonağı olub.
- Zülfiyyə xanım, siz həm kinoda, həm serialda, həm də teatrda bir-birindən bənzərsiz obrazlarda oynamısınız. Adətən aktrisalar "Teatr, yoxsa kino?" sualını verəndə əksəriyyətinin cavabı "teatr" olur. Sizin üçün hansı daha doğmadır?
- Teatr canlı nəfəs üçün lazımdır. Kinoda, serialda çəkiləndə o canlı nəfəs üçün çox darıxırsan. Bir müddət teatr tamaşalarına dəvət almayanda, ya da köhnə tamaşaları oynayanda darıxıram. Filmə çəkilməyəndə isə kamera üçün darıxırsan. Mənim üçün hərəsinin öz yeri var. Kameranı ona görə sevirəm ki, sənin gözün kameranı aldada bilməz. Kamerada jestləri, mimikaları çatdırmaq vacibdir. Teatr isə qabarıqlığı sevir. Sən axırıncı sırada oturan tamaşaçı üçün oynamalısan. Hər ikisi də mənim üçün doğmadır.
- Teatrlarımızda pafos, dialoqlardakı ideallaşdırmanın hələ də davam etməsi sizə görə mənfi, yoxsa müsbət haldır?
-Teatrda pafos lazımdır. Tarixi tamaşalarda isə daha çox lazımdır. Hər hansı bir tamaşada söz ağzından tökülən aktyoru izləyə bilmirəm. Lazım gələndə pafosdan da istifadə etmək olar. Təbii ki, səmimiyyət də vacibdir. Məgər Türkiyədə yoxdur? Baxın Türkiyədə çəkilən tarixi janrda olan filmlərə, orada da pafos var. Çünki, dövrə xitab edir. Mən adi, məişət mövzulu tamaşalardan danışmıram.
- Sizcə, teatr və kinonun bugünki vəziyyətini müqayisə etsək, hansı daha çox inkişaf edib?
- Pandemiyadan sonra teatrlara olan maraq artdı. Əvvəllər teatrlar tamaşaçı sarıdan əziyyət çəkirdi. Tamaşaçı gətirmək mümkün deyildi. İndi hamı istəyir ki, tamaşaya gəlsin. Kinoda da son illər inkişaf var.
- Zülfiyyə xanım, nədənsə dövlət hesabına çəkilmiş filmlərlə müqayisədə müstəqil, sponsorun maddi dəstəyi ilə çəkilən filmlər daha çox tamaşaçı kütləsi toplayır. Sizcə, bunun səbəbi nədir?
- Mənə elə gəlir ki, bu ruh sərbəstliyindən isrəli gəlir. Dövlət büdcəsinə çəkilən filmlərə müəyyən qadağalar qoyulur. Rejissor, aktyor çərçivədən çıxa bilmir. Azərbaycanda kifayət qədər dövlət büdcəsi ilə filmlər çəkilir. Büdcəsini eşidəndə heyrətə gəlirsən. Amma nəticəyə baxanda görürsən ki, ortalıqda heç bir şey yoxdur. Mən illərdir bu səhədəyəm. İllərlə məni kinostudiyada çəkilən filmlərin kastinqinə belə dəvət etmədilər. Mən hətta onlara müraciət də etmişdim. Dəvət edərdilər, rolun öhdəsindən gələ bilməsəm, deyərdilər ki, "Zülfiyyə xanım, siz bacarmırsınız, sizin yerinizə Güldəstəni çəkirəm". Mən də razılaşaram. İllərdir ki, kinostudiyada çəkilən filmlərə eyni aktyorları çəkirlər. Niyə? Mənim müraciətimdən sonra məni dəvət etdilər və çəkildim.
- Adətən tamaşaçılar filmdə olan açıq-saçıq səhnələri, vulqar sözləri qəbul etmirlər. Aktyoru, rejissoru buna görə qınaq atəşinə tuturlar. Son vaxtlar gündəmdən düşməyən, sizin də rol aldığınız "Əqrəb mövsümü" serialında da qeyd etdiyim nüanslara görə tamaşaçılar rejissoru qınadılar. Sizcə, niyə Azərbaycan tamaşaçısı əcnəbi filmdə bunları qəbul edir, özümüzün filmlərinə gələndə tənqidlə yanaşır?
-Bizimkilər ümumiyyətlə, Azərbaycanda baş verən hadisələri ölkəmizə yaraşdırmırlar. O saat deyirlər, "nə danışırsınız, Azərbaycanda gəlinini söyən qaynata var?" Tamaşaçı elə təəccüblənir ki, guya bunlar başqa ölkədə yaşayır, mən başqa ölkədə. Əlbəttə var. Gəlini söyən, zorlayan, kürəkəni tərəfindən, atası tərəfindən zorlanan qadınlarımız var. Ərinə xəyanət edən qadınlar, qadınına xəyanət edən kişilər bu cəmiyyətdə çoxdur. Amma bunu filmdə, ekranda görəndə deyirlər "bizim milli mentaliletimizə ziddir, belə şeyləri təbliğ etməyin". Belə çıxır ki, Azərbaycanda heç bir qadın ərinə xəyanət etməyib, ilk dəfə bunu mən etmişəm. Mən ərinə xəyanət edən qadını oynamışam. Guya Azərbaycanda belə şey ola biləz. Siz Allah, bu şəxsi fikirlərinizi kənara qoyun. Filmlər, bədii əsərlər elə həyatdan götürülüb də. Çox az hissəsi rejissor təxəyyülünün məhsulu olur.
- Vaxtaşırı yaşı 65-i keçən aktyorların teatrdan uzaqlaşdırılması məsələsi gündəmə gəlir. Əksər insanlar, xüsusən sənət adamları bu məsələdən narazıdırlar. Teatrların rəhbərləri isə deyirlər: yaşlı aktyorlar getsin ki, gənc nəslə yol açıqlsın. Bu, nə dərəcədə doğru yanaşmadır?
-Məgər teatr dövlət işidir ki, saat 9-dan 6-a qədər işləsin? Yaxşı, deyək ki, yaşlı aktyoru uzaqlaşdırdılar. Bəs onun obrazlarını kim oynayacaq? Gənc aktyoru qrimləmək olar, amma o obrazı yarada bilməz, imitasiya edə bilər. O da nə qədər davam edə bilər? Aktyor səhnədə vəfat etməlidir. Bizim ömrümüz tamaşalarda, kino çəkilişində, məşqdə keçir. Belə çıxır ki, cavanlığında mənə lazım idin, indi yaşlanmısan yararsızsan? Çalışdığım teatrı ona görə sevirəm ki, bizim teatrda yaşı 90-ı keçmiş aktyorlar var, onlara diqqət var. Rəhmətlik Amaliya Pənahova zamanında Akademik Milli Dram teatrından uzaqlaşdırılan aktyorları bir araya yığmışdı.