https://sputnik.az/20230203/dxal-edilen-sogan-gomruk-rusumundan-azad-edildi-ixraci-ise-mehdudlasdirildi-451381848.html
İdxal edilən soğan gömrük rüsumundan azad edildi, ixracı isə məhdudlaşdırıldı
İdxal edilən soğan gömrük rüsumundan azad edildi, ixracı isə məhdudlaşdırıldı
Sputnik Azərbaycan
Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib. Bu məhsulların idxalı 2023-cü ilin 1 may tarixinədək idxal... 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T16:17+0400
2023-02-03T16:17+0400
2023-02-03T16:17+0400
iqtisadiyyat
soğan
idxal
rüsum
https://cdnn1.img.sputnik.az/img/42355/73/423557313_0:193:3073:1921_1920x0_80_0_0_d67a53e61875cb9747affc21c591236a.jpg
BAKI, 3 fevral — Sputnik. Baş soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib. Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunubNazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) "Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı"na daxil edilib. Qeyd edək ki, son günlərdə paytaxt Bakıda kartof və soğanın pərakəndə satış qiyməti kəskin bahalaşıb. Bundan öncə 60 qəpiyə təklif edilən kartofun 1 kiloqramı hazırda təxminən 1,15-2 manata, 50-60 qəpiyə olan soğan isə hazırda 1-1,30 manata satılır. Satıcılar bahalaşmanı mövsümlə əlaqələndiriblər. Onların sözlərinə görə, qış mövsümündə kartof və soğan anbarlarda tükənməyə başlayır və ona görə də qiymət qalxır. Ötən il xeyli həcmdə soğan ixrac edilib Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında son günlərdə kartof və soğanın bahalaşmasının əsasən mövsümlə bağlı olduğunu söyləyib.Onun fikrincə, digər səbəb isə ötən il xeyli həcmdə əsasən də soğanın ölkəmizdən Türkiyəyə ixrac edilməsidir. Ona görə anbarlarımız bir qədər boşalıb. İndi də məhsul vaxtı olmadığı üçün qiymət avtomatik qalxır. Yaz aylarında təzə məhsul çıxanda qiymətlər düşəcək Onun sözlərinə görə, qiymətlərin bundan sonrakı vəziyyəti anbarlardan asılıdır:"Ümumiyyətlə, Ukraynada baş verən hadisələr dünyada kartofun, soğanın, pomidorun, taxılın qiymətlərini bahalaşdırıb. Ukraynada əkin-biçin demək olar ki, dayanıb. Azərbaycan istehsalı daha da artıra bilər. Bazarı tənzimləmək üçün istehsalı artırmaq lazımdır"-deyə o qeyd edib. İstehsalı artırmaq daha məqsədəuyğundur Azərbaycanda yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulması təklifinə də münasibət bildirən ekspert deyib ki, bazarı tənzimləmək üçün bu addımı atmaq olar, lakin məhdudlaşdırmaqdansa, istehsalı artırmaq daha məqsədəuyğundur:Bu, son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymətdir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda da soğanın qiymətində ötən ilin dekabrından başlayan artım trendi yanvar ayında da davam edir. Hazırda soğanın 1 kiloqramının topdansatış qiyməti 70 qəpikdir. Bu da son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymət səviyyəsidir. "Ehtiyatların daha da artırılmasına ehtiyac var" O qeyd edib ki, yeni soğan məhsulu aprel-may aylarında çıxır:"Yeni məhsulun çıxdığı dövrə qədər bizdə də soğanın ixracına məhdudiyyət qoyulmasına, idxal mənbələri hesabına ehtiyatların daha da artırılmasına ehtiyac var. Hazırda anbarlarda məhsul ehtiyatları mövcuddur". Nazirlər Kabinetinin qərarı Xatırladaq ki, ötən ilin mart ayında Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb. İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Qərarın məqsədi baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınmasıdır. Qərara əsasən siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir. Siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs "İnzibati icraat haqqında" qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edir. İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən beş iş günü müddətində baxır. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir. Bu qərar 2023-cü il dekabrın 31-dək qüvvədədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42355/73/423557313_0:0:2731:2048_1920x0_80_0_0_ff832f644b9baa16942e104a0828629b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
soğan, idxal, rüsum
İdxal edilən soğan gömrük rüsumundan azad edildi, ixracı isə məhdudlaşdırıldı
Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib. Bu məhsulların idxalı 2023-cü ilin 1 may tarixinədək idxal gömrük rüsumundan azad edilib.
BAKI, 3 fevral — Sputnik. Baş soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunub
Nazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) "Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı"na daxil edilib.
Qeyd edək ki, son günlərdə paytaxt Bakıda kartof və soğanın pərakəndə satış qiyməti kəskin bahalaşıb. Bundan öncə 60 qəpiyə təklif edilən kartofun 1 kiloqramı hazırda təxminən 1,15-2 manata, 50-60 qəpiyə olan soğan isə hazırda 1-1,30 manata satılır. Satıcılar bahalaşmanı mövsümlə əlaqələndiriblər. Onların sözlərinə görə, qış mövsümündə kartof və soğan anbarlarda tükənməyə başlayır və ona görə də qiymət qalxır.
Ötən il xeyli həcmdə soğan ixrac edilib
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında son günlərdə kartof və soğanın bahalaşmasının əsasən mövsümlə bağlı olduğunu söyləyib.
Onun fikrincə, digər səbəb isə ötən il xeyli həcmdə əsasən də soğanın ölkəmizdən Türkiyəyə ixrac edilməsidir. Ona görə anbarlarımız bir qədər boşalıb. İndi də məhsul vaxtı olmadığı üçün qiymət avtomatik qalxır.
Yaz aylarında təzə məhsul çıxanda qiymətlər düşəcək
Onun sözlərinə görə, qiymətlərin bundan sonrakı vəziyyəti anbarlardan asılıdır:
"Əgər anbarlarda kifayət qədər məhsul olsa, ola bilər qiymət çox qalxmasın. Lakin yaz aylarında təzə məhsul çıxanda qiymətlər aşağı düşəcək".
"Ümumiyyətlə, Ukraynada baş verən hadisələr dünyada kartofun, soğanın, pomidorun, taxılın qiymətlərini bahalaşdırıb. Ukraynada əkin-biçin demək olar ki, dayanıb. Azərbaycan istehsalı daha da artıra bilər. Bazarı tənzimləmək üçün istehsalı artırmaq lazımdır"-deyə o qeyd edib.
İstehsalı artırmaq daha məqsədəuyğundur
Azərbaycanda yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulması təklifinə də münasibət bildirən ekspert deyib ki, bazarı tənzimləmək üçün bu addımı atmaq olar, lakin məhdudlaşdırmaqdansa, istehsalı artırmaq daha məqsədəuyğundur:
"Fermerləri təşviq etmək lazımdır ki, daha çox məhsul istehsal etsinlər. Ölkəmizdə bu məhsulların istehsalını artırmaq üçün potensial var. Tərəvəz və meyvə bitkiləri əkmək sərfəlidir".
Bu, son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymətdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda da soğanın qiymətində ötən ilin dekabrından başlayan artım trendi yanvar ayında da davam edir. Hazırda soğanın 1 kiloqramının topdansatış qiyməti 70 qəpikdir. Bu da son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymət səviyyəsidir.
"Ehtiyatların daha da artırılmasına ehtiyac var"
O qeyd edib ki, yeni soğan məhsulu aprel-may aylarında çıxır:
"Yeni məhsulun çıxdığı dövrə qədər bizdə də soğanın ixracına məhdudiyyət qoyulmasına, idxal mənbələri hesabına ehtiyatların daha da artırılmasına ehtiyac var. Hazırda anbarlarda məhsul ehtiyatları mövcuddur".
Nazirlər Kabinetinin qərarı
Xatırladaq ki, ötən ilin mart ayında Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.
Qərarın məqsədi baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınmasıdır.
Qərara əsasən siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir.
Siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs "İnzibati icraat haqqında" qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edir.
İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən beş iş günü müddətində baxır. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir. Bu qərar 2023-cü il dekabrın 31-dək qüvvədədir.