https://sputnik.az/20230203/dm-umumtehsil-muessiselerinin-rehberlerine-muraciet-edib-451379709.html
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
Sputnik Azərbaycan
Şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T21:13+0400
2023-02-03T21:13+0400
2023-02-03T21:17+0400
dim
təhsil
müraciət
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 3 fevral — Sputnik. 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98 777 nəfərdən 98 603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145 061 nəfərdən 144 585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmişdir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunub ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, müraciət, imtahan
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
21:13 03.02.2023 (Yenilənib: 21:17 03.02.2023) Şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər
BAKI, 3 fevral — Sputnik. 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98 777 nəfərdən 98 603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145 061 nəfərdən 144 585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmişdir.
"Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir".
Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunub ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.