https://sputnik.az/20230203/bruselyoz-xesteliyine-qarsi-monitorinqler-kecirilecek-451378559.html
Bruselyoz xəstəliyinə qarşı monitorinqlər keçiriləcək
Bruselyoz xəstəliyinə qarşı monitorinqlər keçiriləcək
Sputnik Azərbaycan
Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş... 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T21:58+0400
2023-02-03T21:58+0400
2023-02-03T23:16+0400
xəstəlik
cəmiyyət
aqta
heyvan
https://cdnn1.img.sputnik.az/img/42371/34/423713436_0:200:1921:1280_1920x0_80_0_0_aab94b313ca1c7e3ba328bdc3b40b51c.jpg
BAKI, 3 fevral — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərin icrası məqsədilə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, 6-20 fevral 2023-cü il tarixlərində xəstəliyin ümumi yayılma səviyyəsini təyin etmək üçün ölkə ərazisindəki 39 rayon (şəhər) ərazisində yerləşən 50 başdan yuxarı iribuynuzlu heyvan təsərrüfatlarında saxlanılan südlük heyvanlar arasında monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlər zamanı südlük heyvanlardan təsadüfi seçim qaydası ilə qan nümunəsi götürülərək müvafiq müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş məlumatlar epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək. Monitorinq zamanı götürülmüş qan nümunələrinin dabaq xəstəliyinə qarşı peyvənd aparıldıqdan sonra immun fonun təyin olunması məqsədilə Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrinin aparılması da nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/34/423713436_0:0:1707:1280_1920x0_80_0_0_c09317007ee62ad880cf7b68b6d8630b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəlik, aqta, heyvan
Bruselyoz xəstəliyinə qarşı monitorinqlər keçiriləcək
21:58 03.02.2023 (Yenilənib: 23:16 03.02.2023) Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş məlumatlar epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək.
BAKI, 3 fevral — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərin icrası məqsədilə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək. Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, 6-20 fevral 2023-cü il tarixlərində xəstəliyin ümumi yayılma səviyyəsini təyin etmək üçün ölkə ərazisindəki 39 rayon (şəhər) ərazisində yerləşən 50 başdan yuxarı iribuynuzlu heyvan təsərrüfatlarında saxlanılan südlük heyvanlar arasında monitorinqlərin aparılması planlaşdırılır.
Monitorinqlər zamanı südlük heyvanlardan təsadüfi seçim qaydası ilə qan nümunəsi götürülərək müvafiq müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.
Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş məlumatlar epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək.
Monitorinq zamanı götürülmüş qan nümunələrinin dabaq xəstəliyinə qarşı peyvənd aparıldıqdan sonra immun fonun təyin olunması məqsədilə Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrinin aparılması da nəzərdə tutulub.