Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk - Prezident

© Official website of President of Azerbaijan RepublicBakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir  - Sputnik Azərbaycan, 1920, 03.02.2023
Abunə olmaq
Dövlət başçısı qeyd edib ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir.
BAKI, 3 fevral — Sputnik. "Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı bir daha onu göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk".
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

"Bizim gələcək ümumi addımlarımız iki ölkə arasında əlaqələr nəticəsində atılacaq. Biz strateji tərəfdaşlarıq. Biz bu gün artıq doqquzuncu dəfədir toplaşırıq. Nəzərdən keçirəcəyimiz məsələlər çoxdur - gördüyümüz işləri müzakirə edəcək və gələcək üçün addımlarımızı planlaşdıracağıq", - dövlət başçısı vurğulayıb.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir".
Xəbər lenti
0