https://sputnik.az/20230203/azerisiqda-yenilik-abonentleri-onlayn-ad-deyisme-xidmetinden-istifade-ede-bilecek-451372569.html
"Azərişıq"da yenilik: Abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək
"Azərişıq"da yenilik: Abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək
Sputnik Azərbaycan
"Azərişıq" rəsmisi bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb. Onun sözlərinə görə, ay ərzində abonentlər 2000-ə yaxın ad dəyişmək üçün müraciət... 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T22:24+0400
2023-02-03T22:24+0400
2023-02-03T23:17+0400
azərişıq
cəmiyyət
abonent
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:1001:563_1920x0_80_0_0_3121296f6a0fb61f085bbfbb0e2c762d.jpg
BAKI, 3 fevral — Sputnik. Artıq "Azərişıq" ASC-nin abonentləri onlayn şəkildə ad dəyişmə xidmətindən istifadə edə biləcəklər. Bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov bu gün keçirilən mətbuat konfransında deyib. Q.Həmidov bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb. Monitorinqlərin nəticəsinə görə, ay ərzində abonentlər 2000-ə yaxın ad dəyişmək üçün müraciət edib. Belə müraciətlər adətən əmlakın sahibi dəyişdiyi zaman baş verir:"Azərişıq" rəsmisi təmsil etdiyi qurumun təqdim etdiyi əsas xidmətlərin hamısının əlçatanlığı üçün işlər görüldüyünü əlavə edib:"Abonentlərin ən çox istifadə etdiyi xidmətlərdən biri də abonent kodunun aktiv-passiv edilməsi xidmətidir. Belə ki, abonent əgər 3-4 aylıq harasa səfər edəcəksə, onlayn şəkildə müraciət etdikdə biz bu xidməti göstərə bilərik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:835:626_1920x0_80_0_0_3e4094cece4d875f40b485a694585333.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərişıq, abonent
"Azərişıq"da yenilik: Abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək
22:24 03.02.2023 (Yenilənib: 23:17 03.02.2023) "Azərişıq" rəsmisi bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb. Onun sözlərinə görə, ay ərzində abonentlər 2000-ə yaxın ad dəyişmək üçün müraciət edib. Belə müraciətlər adətən əmlakın sahibi dəyişdiyi zaman baş verir.
BAKI, 3 fevral — Sputnik. Artıq "Azərişıq" ASC-nin abonentləri onlayn şəkildə ad dəyişmə xidmətindən istifadə edə biləcəklər.
Bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov bu gün keçirilən mətbuat konfransında deyib.
Q.Həmidov bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb. Monitorinqlərin nəticəsinə görə, ay ərzində abonentlər 2000-ə yaxın ad dəyişmək üçün müraciət edib. Belə müraciətlər adətən əmlakın sahibi dəyişdiyi zaman baş verir:
"Bu xidmətdən yararlanmaq üçün abonentlər mərkəzlərə üz tuturdu. Amma biz onların işini asanlaşdırmaq üçün ad dəyişmə xidmətinin də onlayn göstərilməsinə qərar verdik. Nəticədə abonent evdən çıxmadan onlayn şəkildə bu xidmətdən yararlana bilər".
"Azərişıq" rəsmisi təmsil etdiyi qurumun təqdim etdiyi əsas xidmətlərin hamısının əlçatanlığı üçün işlər görüldüyünü əlavə edib:
"Abonentlərin ən çox istifadə etdiyi xidmətlərdən biri də abonent kodunun aktiv-passiv edilməsi xidmətidir. Belə ki, abonent əgər 3-4 aylıq harasa səfər edəcəksə, onlayn şəkildə müraciət etdikdə biz bu xidməti göstərə bilərik".