https://sputnik.az/20230203/azerbaycan-taliya-sirketlerini-biznes-sektorda-daha-feal-emekdasliga-devet-edib-451391119.html
Azərbaycan İtaliya şirkətlərini biznes sektorda daha fəal əməkdaşlığa dəvət edib
Azərbaycan İtaliya şirkətlərini biznes sektorda daha fəal əməkdaşlığa dəvət edib
Sputnik Azərbaycan
Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə... 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T19:49+0400
2023-02-03T19:49+0400
2023-02-03T19:49+0400
italiya
iqtisadiyyat
azərbaycan
"cənub qaz dəhlizi"
https://cdnn1.img.sputnik.az/img/41941/23/419412380_0:100:1921:1180_1920x0_80_0_0_5e6acd7c04a5c0ad7e2a403e6d0e1891.jpg
BAKI, 3 fevral — Sputnik. Azərbaycan İtaliya şirkətlərini biznes sektorunda daha fəal əməkdaşlığa dəvət edib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb. İqtisadiyyat naziri ölkələr arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb.Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir. Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41941/23/419412380_106:0:1813:1280_1920x0_80_0_0_9ae2fb31a9719598d8757d00820f7dbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
italiya, azərbaycan, "cənub qaz dəhlizi"
italiya, azərbaycan, "cənub qaz dəhlizi"
Azərbaycan İtaliya şirkətlərini biznes sektorda daha fəal əməkdaşlığa dəvət edib
Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
BAKI, 3 fevral — Sputnik. Azərbaycan İtaliya şirkətlərini biznes sektorunda daha fəal əməkdaşlığa dəvət edib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb.
İqtisadiyyat naziri ölkələr arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb.
Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.
Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.