https://sputnik.az/20230203/abs-bednam-monro-doktrinasinin-felsefesini-butun-dunyaya-yaymaq-niyyetindedir---lavrov-451391258.html
ABŞ bədnam "Monro doktrinası"nın fəlsəfəsini bütün dünyaya yaymaq niyyətindədir - Lavrov
ABŞ bədnam "Monro doktrinası"nın fəlsəfəsini bütün dünyaya yaymaq niyyətindədir - Lavrov
Sputnik Azərbaycan
Lavrov bildirib ki, ABŞ və ona tam tabe olan Qərbin qalan ölkələri dünyanı kiçik bir "müstəsna" və "qul" qrupuna bölmək kursunu götürüblər. 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T18:43+0400
2023-02-03T18:43+0400
2023-02-03T18:43+0400
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443297798_0:160:3072:1888_1920x0_80_0_0_62c7a40d3f1f927cfa75bba67f62abc9.jpg
BAKI, 3 fevral — Sputnik. Heç kimə sirr deyil ki, müstəmləkəçiliyin nəticələri və onun müasir təzahürlərinin amansız praktikası dünyamızın dövlətlərinin inkişafındakı dərin uyğunsuzluğun əsas səbəblərindən biridir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyası Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək üzrə Komissiyasının iclasında deyib. Lavrov daha sonra bildirib ki, ABŞ və ona tam tabe olan Qərbin qalan ölkələri dünyanı kiçik bir "müstəsna" və "qul" qrupuna bölmək kursunu götürüblər:"Bu məqsədlə dünyanın bir tərəfdən Vaşinqtonun təsdiqlədiyi "düzgün" demokratiyalardan, digər tərəfdən isə Rusiyanın da olduğu Çin, İran, Venesuela, Kuba, Şimali Koreya və s. avtokratiyalardan ibarət olmasından irəli gələn yeni ağ-qara paradiqma ortaya atılır. ABŞ və onun avropalı müttəfiqləri müstəmləkəçiliyin ən pis ənənələri ilə hərəkət edirlər".Diplomat qeyd edib ki, Vaşinqtonun göstərişləri ilə yaşamağa razı olmayanlar, müstəqil kurs yürüdürlər:"Birtərəfli sanksiyalar, şantaj, hədə-qorxu ilə onların qarşısını almağa çalışırlar. Sədaqət göstərənlərə hər şeyə icazə verilir. Məsələn, etnik və linqvistik zəmində təqiblər, təmizləmələr və fiziki repressiyalar həyata keçirən ukraynalı neonasistlərə açıq dəstəyini götürək. Uzun illərdir ki, bununla məşğuldurlar".Onun sözlərinə görə, ABŞ Qərb yarımkürəsi üçün icad edilmiş bədnam "Monro doktrinası"nın fəlsəfəsini bütün dünyaya yaymaq niyyətindədir."Onlar bütün planeti öz "həyətyanı sahəsinə" çevirmək istəyirlər. Eyni zamanda, onlar bütün gücləri ilə tarixi saxtalaşdırmağa, müstəmləkəçilərin dəhşətli cinayətləri, o cümlədən soyqırımı, etnik təmizləmə, qul alveri, irqçilik, xalqın təbii və mədəni irsinin talan və məhv edilməsi ilə bağlı tarixi yaddaşdan silməyə çalışırlar", - deyə nazir fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443297798_171:0:2902:2048_1920x0_80_0_0_108adf435f2f2f1e3bb1cb29b0f8aeab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov
ABŞ bədnam "Monro doktrinası"nın fəlsəfəsini bütün dünyaya yaymaq niyyətindədir - Lavrov
Lavrov bildirib ki, ABŞ və ona tam tabe olan Qərbin qalan ölkələri dünyanı kiçik bir "müstəsna" və "qul" qrupuna bölmək kursunu götürüblər.
BAKI, 3 fevral — Sputnik. Heç kimə sirr deyil ki, müstəmləkəçiliyin nəticələri və onun müasir təzahürlərinin amansız praktikası dünyamızın dövlətlərinin inkişafındakı dərin uyğunsuzluğun əsas səbəblərindən biridir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyası Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək üzrə Komissiyasının iclasında deyib.
"Müstəmləkəçilərin cinayətləri heç bir həddə malik deyil və bu əməllər Qərb elitalarını hər hansı mənəvi liderliyə iddia etmək hüququndan əbədi olaraq məhrum edib. Üstəlik, müstəmləkəçilik instinktləri yoxa çıxmayıb. Bu gün öz rifahına əsasən inkişaf etməkdə olan ölkələri əsrlər boyu soymaqla və onları istismar etmək hesabına nail olmuş "kollektiv Qərb" əvvəlki kimi öz inkişaf problemlərini həll etməyə, öz inkişafını qoruyub saxlamağa ümid edərək qlobal üstünlüyünü qorumağa çalışır.Qərb beynəlxalq münasibətlərin demokratikləşməsi prosesini ləngitməkdə davam edir. Bu məqsədlə o, aqressiv şəkildə dünya əksəriyyətinə yeni-müstəmləkəçi, ABŞ mərkəzli "qaydalara əsaslanan nizam" tətbiq edir. Hansı ki, bunu onlar özləri uydururlar və "necə istəsəm, dəyişərəm" prinsipi ilə tətbiq edirlər", - Lavrov bildirib.
Lavrov daha sonra bildirib ki, ABŞ və ona tam tabe olan Qərbin qalan ölkələri dünyanı kiçik bir "müstəsna" və "qul" qrupuna bölmək kursunu götürüblər:
"Bu məqsədlə dünyanın bir tərəfdən Vaşinqtonun təsdiqlədiyi "düzgün" demokratiyalardan, digər tərəfdən isə Rusiyanın da olduğu Çin, İran, Venesuela, Kuba, Şimali Koreya və s. avtokratiyalardan ibarət olmasından irəli gələn yeni ağ-qara paradiqma ortaya atılır. ABŞ və onun avropalı müttəfiqləri müstəmləkəçiliyin ən pis ənənələri ilə hərəkət edirlər".
Diplomat qeyd edib ki, Vaşinqtonun göstərişləri ilə yaşamağa razı olmayanlar, müstəqil kurs yürüdürlər:
"Birtərəfli sanksiyalar, şantaj, hədə-qorxu ilə onların qarşısını almağa çalışırlar. Sədaqət göstərənlərə hər şeyə icazə verilir. Məsələn, etnik və linqvistik zəmində təqiblər, təmizləmələr və fiziki repressiyalar həyata keçirən ukraynalı neonasistlərə açıq dəstəyini götürək. Uzun illərdir ki, bununla məşğuldurlar".
Onun sözlərinə görə, ABŞ Qərb yarımkürəsi üçün icad edilmiş bədnam "Monro doktrinası"nın fəlsəfəsini bütün dünyaya yaymaq niyyətindədir.
"Onlar bütün planeti öz "həyətyanı sahəsinə" çevirmək istəyirlər. Eyni zamanda, onlar bütün gücləri ilə tarixi saxtalaşdırmağa, müstəmləkəçilərin dəhşətli cinayətləri, o cümlədən soyqırımı, etnik təmizləmə, qul alveri, irqçilik, xalqın təbii və mədəni irsinin talan və məhv edilməsi ilə bağlı tarixi yaddaşdan silməyə çalışırlar", - deyə nazir fikrini tamamlayıb.