https://sputnik.az/20230202/turkiye-azerbaycan-ve-gurcustanin-mudafie-nazirleri-niye-gorusubler-451335018.html
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri niyə görüşüblər?
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri niyə görüşüblər?
Sputnik Azərbaycan
Cuanşer Burchuladze, Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov regional inkişaf və müdafiə... 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T12:40+0400
2023-02-02T12:40+0400
2023-02-02T12:40+0400
zakir həsənov
hərbi
hulusi akar
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447051739_0:133:712:534_1920x0_80_0_0_e9437b2c31e18c10e43359e10583b282.jpg
BAKI, 2 fevral — Sputnik. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycandan olan həmkarları ilə görüşündə üçtərəfli əməkdaşlıq formatını, həmçinin birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib. Bu barədə cümə axşamı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Cuanşer Burchuladze, Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Üç ölkənin hərbçilərini daha da yaxınlaşdıran birgə hərbi təlimlərin əhəmiyyətinə diqqət yetirilib və bunun ölkələr arasında əlaqələri möhkəmləndirdiyi qeyd edilib", - deyə məlumatda bildirilib. Bildirilib ki, Burçuladze, Akar və Həsənov bir daha üçtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıblar və bunun regionda təhlükəsizlik və sabitliyə xidmət etdiyini açıqlayıblar. Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447051739_0:67:712:601_1920x0_80_0_0_12a59bf9b8ca27eaaba307402db0b70c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zakir həsənov, hulusi akar
zakir həsənov, hulusi akar
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri niyə görüşüblər?
Cuanşer Burchuladze, Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BAKI, 2 fevral — Sputnik. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycandan olan həmkarları ilə görüşündə üçtərəfli əməkdaşlıq formatını, həmçinin birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib. Bu barədə cümə axşamı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Cuanşer Burchuladze, Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Üç ölkənin hərbçilərini daha da yaxınlaşdıran birgə hərbi təlimlərin əhəmiyyətinə diqqət yetirilib və bunun ölkələr arasında əlaqələri möhkəmləndirdiyi qeyd edilib", - deyə məlumatda bildirilib.
Bildirilib ki, Burçuladze, Akar və Həsənov bir daha üçtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıblar və bunun regionda təhlükəsizlik və sabitliyə xidmət etdiyini açıqlayıblar.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.