https://sputnik.az/20230202/tarixci-azerbaycanlilarin-stalinqrad-ugrunda-doyusde-gosterdikleri-qehremanliqlar-barede-451306705.html
Tarixçi azərbaycanlıların Stalinqrad uğrunda döyüşdə göstərdikləri qəhrəmanlıqlar barədə
Tarixçi azərbaycanlıların Stalinqrad uğrunda döyüşdə göstərdikləri qəhrəmanlıqlar barədə
Sputnik Azərbaycan
Bu gün Sovet qoşunlarının Stalinqrad döyüşündə faşist işğalçılarını məğlub etməsindən 80 il ötür. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T09:00+0400
2023-02-02T09:00+0400
2023-02-02T09:00+0400
video
stalinqrad
döyüş
ikinci dünya müharibəsi
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/01/451306544_0:0:1920:1080_1920x0_80_0_0_e13ad8ea03d40932e5625d0dcf875310.jpg
Milli Azərbaycan Tarixi Muzeyinin, Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov Sputnik Azərbaycan-a Stalinqrad döyüşündəki qələbənin əhəmiyyətindən, İkinci Dünya Müharibəsinin gedişinə təsirindən və bu qanlı döyüşlərdə iştirak edən Azərbaycan övladlarının şücaətindən bəhs edib.Mövsümov qeyd edib ki, Stalinqrad uğrunda döyüşlər 1942-ci ilin iyul ayının 16-da başlayıb 1943-cü ilin fevral ayının 2-də başa çatıb.Tarixçi xatırladıb ki, bu müharibədə Sovet ordusunun tərkibində yaşayan müxtəlif xalqlar kimi, azərbaycanlılar da iştirak edib.Qeyd edək ki, 1500-dən çox Azərbaycan vətəndaşı "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilib. Stalinqrad uğrunda döyüşlərdə polkovnik-leytenant Həzi Aslanovun komandanlığı altında 55-ci tank diviziyası, hərbi pilotlar Nuru Əliyev və kapitan Züleyxa Seyidməmmədova, pulemyotçu Əbdül Rəcəbov, leytenant Abdulla Axundov, snayper Baloğlan Abbasov və digər qəhrəmanlar fəal iştirak ediblər. Azərbaycanlı general Yaqub Quliyev Stalinqradın yaxınlığındakı hücum əməliyyatında iştirak edib. O, döyüşdə qəhrəmancasına həlak olub və ölümündən sonra Lenin ordeni ilə təltif edilib.Onun sözlərnə görə, Stalinqrad uğrunda Həmzə Sadıqovun qəhrəmanlığı isə dillərə dastandır: "Onun rəhbərlik etdiyi kiçik kəşfiyyat dəstəsi Hitlerin sevimli generalı fon Rodenburqu əsir alıb. Bununla Hitler ordusunun döyüş planı ələ keçmiş, kəşfiyyat məlumatları əldə edilmişdi. Bu məlumatlar Sovet kəşfiyyatına ötürüldükdən sonra Stalinqradda hitlerçilər böyük məğlubiyyətə uğradı. Həmzə Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı almağa layiq olsa da, Kremldəki erməni havadarlar bunun qarşısını aldılar".
stalinqrad
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/01/451306544_265:0:1705:1080_1920x0_80_0_0_3928cf140cfade869f47f88b5f14c1cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
stalinqrad, видео, döyüş, ikinci dünya müharibəsi, müharibə
stalinqrad, видео, döyüş, ikinci dünya müharibəsi, müharibə
Tarixçi azərbaycanlıların Stalinqrad uğrunda döyüşdə göstərdikləri qəhrəmanlıqlar barədə
Bu gün Sovet qoşunlarının Stalinqrad döyüşündə faşist işğalçılarını məğlub etməsindən 80 il ötür.
Milli Azərbaycan Tarixi Muzeyinin, Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov Sputnik Azərbaycan-a Stalinqrad döyüşündəki qələbənin əhəmiyyətindən, İkinci Dünya Müharibəsinin gedişinə təsirindən və bu qanlı döyüşlərdə iştirak edən Azərbaycan övladlarının şücaətindən bəhs edib.
Mövsümov qeyd edib ki, Stalinqrad uğrunda döyüşlər 1942-ci ilin iyul ayının 16-da başlayıb 1943-cü ilin fevral ayının 2-də başa çatıb.
Tarixçi xatırladıb ki, bu müharibədə Sovet ordusunun tərkibində yaşayan müxtəlif xalqlar kimi, azərbaycanlılar da iştirak edib.
"Bu qələbənin qazanılmasında Azərbaycanın, eləcə də Azərbaycan xalqının böyük payı var", - Mövsümov deyib.
Qeyd edək ki, 1500-dən çox Azərbaycan vətəndaşı "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilib.
Stalinqrad uğrunda döyüşlərdə polkovnik-leytenant Həzi Aslanovun komandanlığı altında 55-ci tank diviziyası, hərbi pilotlar Nuru Əliyev və kapitan Züleyxa Seyidməmmədova, pulemyotçu Əbdül Rəcəbov, leytenant Abdulla Axundov, snayper Baloğlan Abbasov və digər qəhrəmanlar fəal iştirak ediblər.
Azərbaycanlı general Yaqub Quliyev Stalinqradın yaxınlığındakı hücum əməliyyatında iştirak edib. O, döyüşdə qəhrəmancasına həlak olub və ölümündən sonra Lenin ordeni ilə təltif edilib.
"Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə Stalinqrad döyüşlərində, Xalac kəndində əsir düşüb. Eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Stalinqradda düşmən tanklarının darmadağın edilməsində böyük şücaət göstərib", - tarixçi bildirib.
Onun sözlərnə görə, Stalinqrad uğrunda Həmzə Sadıqovun qəhrəmanlığı isə dillərə dastandır: "Onun rəhbərlik etdiyi kiçik kəşfiyyat dəstəsi Hitlerin sevimli generalı fon Rodenburqu əsir alıb. Bununla Hitler ordusunun döyüş planı ələ keçmiş, kəşfiyyat məlumatları əldə edilmişdi. Bu məlumatlar Sovet kəşfiyyatına ötürüldükdən sonra Stalinqradda hitlerçilər böyük məğlubiyyətə uğradı. Həmzə Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı almağa layiq olsa da, Kremldəki erməni havadarlar bunun qarşısını aldılar".