https://sputnik.az/20230202/stintaq-sirri-ra-novosti-jurnalistlerinin-berlindeki-binasina-kim-hucum-edib-451354290.html
İstintaq sirri: RİA Novosti jurnalistlərinin Berlindəki binasına kim hücum edib?
İstintaq sirri: RİA Novosti jurnalistlərinin Berlindəki binasına kim hücum edib?
Sputnik Azərbaycan
Berlin prokurorluğunun nümayəndəsi bildirir ki, istintaq sirri olduğuna görə bu işlə bağlı hər hansı şərh və ya məlumat verilmir. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T19:22+0400
2023-02-02T19:22+0400
2023-02-02T19:22+0400
ria novosti
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/04/442534598_0:320:3072:2048_1920x0_80_0_0_e54091a0b78b8cc795249700af324044.jpg
BAKI, 2 fevral — Sputnik. Rusiyanın Almaniyadakı səfirliyi ötən ilin mayında RİA Novosti jurnalistlərinin yaşadığı evə hücumla bağlı bir rusiyalının saxlanılmasına dair məlumat almayıb. Çərşənbə günü axşam "Deutsche Welle" (Rusiya Federasiyasında xarici media agenti kimi tanınan DW, televiziya və radio şirkəti) rusiyalı fəal Dmitri B.-nin ötən il mayın 6-da Rusiyanın RİA Novosti xəbər agentliyinin jurnalistləri və onların ailələrinin yaşadığı binada yanğın törətməyə cəhddə şübhəli bilinərək Berlində saxlanıldığını bildirib. Qeyd olunur ki, fəal hazırda Almaniya paytaxtında istintaq təcridxanalarından birində saxlanılır. "Rossiya Seqodnya" media qrupunun nümayəndəliyinin məlumatına görə, söhbət Dmitri Baqraşdan gedir. Berlin prokurorluğunun nümayəndəsi bildirir ki, istintaq sirri olduğuna görə bu işlə bağlı hər hansı şərh və ya məlumat verilmir. "Almaniya hüquq-mühafizə orqanları Rusiya səfirliyinə rusiyalının saxlanması barədə məlumat verməyib", - deyə diplomatik nümayəndəlikdən RİA Novosti-yə bildiriblər. Eyni zamanda, Baqraşın özü sosial şəbəkələrdəki səhifələrində rus olduğunu iddia etsə də, bunun təsdiqi yoxdur. Ötən il mayın 6-da Berlinin qərbində RİA Novosti jurnalistlərinin və onların ailələrinin yaşadığı binaya hücum edilib. Pəncərələrdən biri sındırılıb, əraziyə baxış keçirilərkən ventilyasiya yuvasında naqilləri olan bidon aşkar edilib. Polis sakinləri təxliyə edib, istehkamçılar cihazı zərərsizləşdirib. Almaniya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb, Berlin prokurorluğu və dövlət təhlükəsizlik idarəsi işə cəlb edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/04/442534598_195:0:2926:2048_1920x0_80_0_0_9dbb0c3fff857e067a5a21f9f2384cb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ria novosti
İstintaq sirri: RİA Novosti jurnalistlərinin Berlindəki binasına kim hücum edib?
Berlin prokurorluğunun nümayəndəsi bildirir ki, istintaq sirri olduğuna görə bu işlə bağlı hər hansı şərh və ya məlumat verilmir.
BAKI, 2 fevral — Sputnik. Rusiyanın Almaniyadakı səfirliyi ötən ilin mayında RİA Novosti jurnalistlərinin yaşadığı evə hücumla bağlı bir rusiyalının saxlanılmasına dair məlumat almayıb.
Çərşənbə günü axşam "Deutsche Welle" (Rusiya Federasiyasında xarici media agenti kimi tanınan DW, televiziya və radio şirkəti) rusiyalı fəal Dmitri B.-nin ötən il mayın 6-da Rusiyanın RİA Novosti xəbər agentliyinin jurnalistləri və onların ailələrinin yaşadığı binada yanğın törətməyə cəhddə şübhəli bilinərək Berlində saxlanıldığını bildirib.
Qeyd olunur ki, fəal hazırda Almaniya paytaxtında istintaq təcridxanalarından birində saxlanılır. "Rossiya Seqodnya" media qrupunun nümayəndəliyinin məlumatına görə, söhbət Dmitri Baqraşdan gedir. Berlin prokurorluğunun nümayəndəsi bildirir ki, istintaq sirri olduğuna görə bu işlə bağlı hər hansı şərh və ya məlumat verilmir.
"Almaniya hüquq-mühafizə orqanları Rusiya səfirliyinə rusiyalının saxlanması barədə məlumat verməyib", - deyə diplomatik nümayəndəlikdən RİA Novosti-yə bildiriblər.
Eyni zamanda, Baqraşın özü sosial şəbəkələrdəki səhifələrində rus olduğunu iddia etsə də, bunun təsdiqi yoxdur.
Ötən il mayın 6-da Berlinin qərbində RİA Novosti jurnalistlərinin və onların ailələrinin yaşadığı binaya hücum edilib. Pəncərələrdən biri sındırılıb, əraziyə baxış keçirilərkən ventilyasiya yuvasında naqilləri olan bidon aşkar edilib. Polis sakinləri təxliyə edib, istehkamçılar cihazı zərərsizləşdirib. Almaniya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb, Berlin prokurorluğu və dövlət təhlükəsizlik idarəsi işə cəlb edilib.