https://sputnik.az/20230202/ssizlikle-mubarize-nece-olmalidir-451312179.html
İşsizliklə mübarizə necə olmalıdır
İşsizliklə mübarizə necə olmalıdır
Sputnik Azərbaycan
Natiq Cəfərli deyir ki, regionlarda işsizlik probleminin həlli özəl sektora dəstəkdən keçir 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T07:35+0400
2023-02-02T07:35+0400
2023-02-02T07:35+0400
işsizlik
cəmiyyət
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_0:0:1920:1080_1920x0_80_0_0_7b1d84da45a39428f71434d63934ca30.jpg
BAKI, 2 fevral — Sputnik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5356,1 min nəfər olub ki, bu rəqəm ötən ilin noyabrında 5355,7 min nəfər olub. Cari il üçün isə hələlik ilkin rəqəmlər açıqlanıb. Ekspertlər, vəttəndaşlar da xüsusən də bölgələrdə işszilikdən şikayətlənirlər. Bakıda urbanizasiyanın daha da artmasına əsas səbəb olaraq da elə bölgələrdə işsizliyin yüksək olması göstərilir. İşsizliklə necə mübarizə aparmaq olar? İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işsizlik səviyyəsinin 2 dəfə artması o deməkdir ki, bu rəqəm 11 faizdən yüksək olmalıdır: "Bütün bunlara baxmayaraq onu vurğulayım ki, ölkədə işsizlik səviyyəsinin artması dəqiqdir. Çünki işsizliyin artması pandemiya ilindən başladı. İlk dəfə 2020-ci ildə bizdə işsizlik 7 faizə çatdı, sonradan bu rəqəmdə müəyyən azalmalar olsa da, ötən ilin sonundan etibarən isə yenidən artım tendensiyası müşahidə olundu". "Bu problemin həlli təkcə məşğulluqla bağlı dövlət proqramları ilə mümkün deyil. Çünki bir çox hallarda işsizliyin aradan qaldırılması ilə bağlı təqdim olunan dövlət proqramları vətəndaşların gözləntilərinə cavab vermir", - deyə o əlavə edir. Natiq Cəfərlinin sözlərinə görə, işsizliyi aradan qaldırrmaq üçün ən yaxşı yollardan biri biznes, investisiya mühitinin yaxşılaşdırılmasıdır: "İşsizlik probleminin həlli ilə bağlı məsələdə əsas rolu özəl sektor oynamalıdır. Azərbaycanda əmək müqaviləsi ilə 1 milyon 700 mindən çox işçi var, onun da yarıdan çoxu - 903 mini dövlət sektorunda çalışır. İşsizliyin aradan qalddırılması üçün əsas hədəf məhz özəl sektorda iş yerlərinin yaradılması olmalıdır". "Bunun üçün dövlət müəyyən güzəştlər də tətbiq edə bilər. İnvestisiya layihələrinin maliyyələşdirilməsi, bankların daha aşağı faizlə uzunmüddətli kreditlər verməsi ilə də bu işdə nələrəsə nail olmaq olar", - deyə o əlavə edib. Ekspert deyir ki, əsasən də regionlarda işsizlik probleminin həlli özəl sektora dəstəkdən keçir: "Yalnız bu halda problemin həlli mümkündür". İqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, 5-6 faiz statistik göstərici o qədər də yüksək deyil: "Qeyd edim ki, bu rəqəmlərdə mövsümi faktorların rolu çox böyükdür. Dünyada 3-4 faizlik işsizlik səviyyəsi normal qəbul olunur. Yəni, bu, o deməkdir ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin hər min nəfərindən 956-ı işləyir". "Amma regionlarda məşğulluq səviyyəsinin artırılmasına böyük ehtiyac var. Bunun üçün də kənd təsərrüfatı sahələrinin inkişafına böyük ehtiyac var. Regionlar üzrə kənd təsərrüfatı fəaliyyətinin yüksəldilməsi məşğulluq səviyyəsinin artırılmasında xüsusi rol oynayacaq", - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_213:0:1920:1280_1920x0_80_0_0_bc2fe94da1774007abac29d26c7ac29f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işsizlik, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
işsizlik, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
İşsizliklə mübarizə necə olmalıdır
Natiq Cəfərli deyir ki, regionlarda işsizlik probleminin həlli özəl sektora dəstəkdən keçir
BAKI, 2 fevral — Sputnik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5356,1 min nəfər olub ki, bu rəqəm ötən ilin noyabrında 5355,7 min nəfər olub. Cari il üçün isə hələlik ilkin rəqəmlər açıqlanıb.
Ekspertlər, vəttəndaşlar da xüsusən də bölgələrdə işszilikdən şikayətlənirlər. Bakıda urbanizasiyanın daha da artmasına əsas səbəb olaraq da elə bölgələrdə işsizliyin yüksək olması göstərilir.
İşsizliklə necə mübarizə aparmaq olar?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işsizlik səviyyəsinin 2 dəfə artması o deməkdir ki, bu rəqəm 11 faizdən yüksək olmalıdır: "Bütün bunlara baxmayaraq onu vurğulayım ki, ölkədə işsizlik səviyyəsinin artması dəqiqdir. Çünki işsizliyin artması pandemiya ilindən başladı. İlk dəfə 2020-ci ildə bizdə işsizlik 7 faizə çatdı, sonradan bu rəqəmdə müəyyən azalmalar olsa da, ötən ilin sonundan etibarən isə yenidən artım tendensiyası müşahidə olundu".
"Bu problemin həlli təkcə məşğulluqla bağlı dövlət proqramları ilə mümkün deyil. Çünki bir çox hallarda işsizliyin aradan qaldırılması ilə bağlı təqdim olunan dövlət proqramları vətəndaşların gözləntilərinə cavab vermir", - deyə o əlavə edir.
Natiq Cəfərlinin sözlərinə görə, işsizliyi aradan qaldırrmaq üçün ən yaxşı yollardan biri biznes, investisiya mühitinin yaxşılaşdırılmasıdır: "İşsizlik probleminin həlli ilə bağlı məsələdə əsas rolu özəl sektor oynamalıdır. Azərbaycanda əmək müqaviləsi ilə 1 milyon 700 mindən çox işçi var, onun da yarıdan çoxu - 903 mini dövlət sektorunda çalışır. İşsizliyin aradan qalddırılması üçün əsas hədəf məhz özəl sektorda iş yerlərinin yaradılması olmalıdır".
"Bunun üçün dövlət müəyyən güzəştlər də tətbiq edə bilər. İnvestisiya layihələrinin maliyyələşdirilməsi, bankların daha aşağı faizlə uzunmüddətli kreditlər verməsi ilə də bu işdə nələrəsə nail olmaq olar", - deyə o əlavə edib.
Ekspert deyir ki, əsasən də regionlarda işsizlik probleminin həlli özəl sektora dəstəkdən keçir: "Yalnız bu halda problemin həlli mümkündür".
İqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, 5-6 faiz statistik göstərici o qədər də yüksək deyil: "Qeyd edim ki, bu rəqəmlərdə mövsümi faktorların rolu çox böyükdür. Dünyada 3-4 faizlik işsizlik səviyyəsi normal qəbul olunur. Yəni, bu, o deməkdir ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin hər min nəfərindən 956-ı işləyir".
"Amma regionlarda məşğulluq səviyyəsinin artırılmasına böyük ehtiyac var. Bunun üçün də kənd təsərrüfatı sahələrinin inkişafına böyük ehtiyac var. Regionlar üzrə kənd təsərrüfatı fəaliyyətinin yüksəldilməsi məşğulluq səviyyəsinin artırılmasında xüsusi rol oynayacaq", - deyə o əlavə edib.