https://sputnik.az/20230202/sosial-sebekelerde-cinayetkarligi-teblig-eden-silahli-sexs-saxlanildi-451334561.html
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən silahlı şəxs saxlanıldı
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən silahlı şəxs saxlanıldı
Sputnik Azərbaycan
Polis ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edərək götürüb. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T15:15+0400
2023-02-02T15:15+0400
2023-02-02T15:15+0400
sosial şəbəkələr
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426576354_0:0:1639:921_1920x0_80_0_0_c031d430aa5d3d641ed217fb9b78d3c5.jpg
BAKI, 2 fevral — Sputnik. Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq "Kalaşnikov" markalı avtomat gəzdirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, bir müddət öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib. O, valideynləri ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib. Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426576354_0:0:1639:1229_1920x0_80_0_0_15a1a16beae503523b3660995869ea32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sosial şəbəkələr
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən silahlı şəxs saxlanıldı
Polis ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edərək götürüb.
BAKI, 2 fevral — Sputnik. Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq "Kalaşnikov" markalı avtomat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.
Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
O, valideynləri ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.