DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın BMT-dəki nümayəndəsi İsfahana hücumlara görə İsraili ittiham etdi

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
İranın BMT-dəki daimi nümayəndəsi bildirib ki, sionist rejim İsfahan şəhərində Müdafiə Nazirliyinin ərazisinə edilən terror aktına görə məsuliyyət daşıyır.
BAKI, 2 fevral — Sputnik. İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə edilən hücuma görə İsrail məsuliyyət daşıyır. Bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani cümə axşamı bildirib.
İrəvani bu mövqeyi BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda qeyd edib.
ISNA agentliyi İrəvanidən sitat gətirib: "İlkin araşdırmalar göstərdi ki, sionist rejim İsfahan şəhərində Müdafiə Nazirliyinin ərazisinə edilən terror aktına görə məsuliyyət daşıyır. Bu rejim beynəlxalq qanunları pozur və buna görə qınanır".
Yanvarın 29-u bazar günü gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. Qeyd edək ki, İranda hərbi anbarın pilotsuz təyyarələrin hücumuna məruz qaldığı məlum olub. Hücum nəticəsində itki olmayıb. Pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, ikisi isə müdafiə qurğularına dəyib və partlayıb.
"Jerusalem Post" qəzeti yazıb ki, İsrailin kəşfiyyat orqanları İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib.
Xəbər lenti
0