SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

zəlzələ - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var.
BAKI, 2 fevral — Sputnik. Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.
Bu barədə diplomatik mənbələrdən informasiya daxil olub.
Məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.
Qeyd edək ki, yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib.
Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Təbii fəlakətin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibb heyət və dərman çatışmazlığı var. Xəstəxanalarda yer və tibbi heyət olmadığı üçün xəstə qəbulundan imtina olunur.
İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.
Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərər çəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir.
"Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda İslam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir", - deyə deputat qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, İranın Xoyda baş verən zəlzələdən sonra zərərçəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası "şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə məhrum etməsinin" göstəricisidir.
"İranın bu cür anti-humanist, anti-hüquqi və anti-islami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq özünü təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar. İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir", - deyə Hikmət Babaoğlu qeyd edib. (APA)
Xəbər lenti
0