https://sputnik.az/20230202/novbeti-prokuror-isden-azad-edilib-451347149.html
Növbəti prokuror işdən azad edilib
Növbəti prokuror işdən azad edilib
Sputnik Azərbaycan
Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T17:18+0400
2023-02-02T17:18+0400
2023-02-02T17:24+0400
prokuror
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 2 fevral — Sputnik. Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib. Qeyd edək ki, bir müddət öncə Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib. Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib. Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
prokuror
Növbəti prokuror işdən azad edilib
17:18 02.02.2023 (Yenilənib: 17:24 02.02.2023) Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.
BAKI, 2 fevral — Sputnik. Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.
Qeyd edək ki, bir müddət öncə Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib. Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.