https://sputnik.az/20230202/ii-dunya-muharibesinin-qanli-doyusu---azerbaycanli-kesfiyyatci-generali-nece-ele-kecirib-451222686.html
II Dünya Müharibəsinin qanlı döyüşü - Azərbaycanlı kəşfiyyatçı generalı necə ələ keçirib?
II Dünya Müharibəsinin qanlı döyüşü - Azərbaycanlı kəşfiyyatçı generalı necə ələ keçirib?
Sputnik Azərbaycan
Tarixçi deyir ki, Stalinqrad döyüşündə qələbə II Dünya Müharibəsinin gedişində dönüş nöqtəsi olub. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T14:10+0400
2023-02-02T14:10+0400
2023-02-02T14:38+0400
cəmiyyət
ii dünya müharibəsi
stalinqrad
döyüş
https://cdnn1.img.sputnik.az/img/40238/13/402381302_0:18:2943:1673_1920x0_80_0_0_85c077498136ead03ceb193d45038a20.jpg
BAKI, 2 fevral — Sputnik. Üzərindən 80 il keçsə də "düşmənə qarşı Stalinqrad" deyimi bu gün də məşhurdur. II dünya müharibəsinin ən qanlı vuruşu kimi tarixə düşən Stalinqrad döyüşündə iki milyona yaxın alman və sovet əsgəri, həmçinin dinc əhali həlak olub.II dünya müharibəsində ən həlledici döyüşlərdən olan Stalinqrad döyüşü Hitler üçün də xüsusi əhəmiyyət kəsb edirdi. Çoxsaylı hərbi və mülki müəssisələrin yerləşdiyi bu şəhər eyni zamanda SSRİ lideri İosif Stalinin adını daşıdığı üçün onun ələ keçirilməsi hitlerçilər qarşısına vəzifə olaraq qoyulmuşdu.Qeyd edək ki, Hitler faşizminin darmadağın edilməsi ilə nəticələnən müharibədə xalqımızın da Böyük Qələbəyə verdiyi töhfələrin miqyası olduqca genişdir. Elə Stalinqrad döyüşündə də həmvətənlərimiz böyük şücaət göstərib.Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxardıb. Stalinqrad döyüşü almanların məğlubedilməzliyi haqqında mifi puç etdiBu ilin fevral ayının 2-də Stalinqrad döyüşlərinin 80 illiyi tamam olur. Sputnik Azərbaycan Milli Azərbaycan Tarixi Muzeyinin, Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümovla söhbətdə Stalinqrad döyüşlərində qazanılan qələbənin əhəmiyyəti, onun II dünya müharibəsinin gedişinə təsiri, eləcə də bu döyüşlərdə azərbaycanlıların rəşadəti barədə danışıb. - Şəfa müəllim, bir neçə gündən sonra Stalinqrad uğrunda qələbənin 80 ili tamam olur. Öncə bu döyüşünün tarixi, eləcə də əhəmiyyəti barədə oxucularımıza məlumat verərdiniz. - Stalinqrad uğrunda döyüşlər II dünya müharibəsinin ən həlledici döyüşlərindəndir. 1942-ci ilin iyul ayının 16-da başlayıb 1943-cü ilin fevral ayının 2-də başa çatan bu döyüşlər dünyaya kifayət qədər səs salıb. Stalinqrad uğrunda döyüşlər bu müharibənin gedişatında böyük əhəmiyyətə malik olub. Bu hərbi əməliyyatlarda hər iki tərəfdən iki milyon insan həyatını itirib. Stalinqrad döyüşü bəşər tarixində ən çox insan itikisi qeydə alınan döyüşlərdəndir. Hitler Almaniyası Stalinqradın ələ keçirilməsinə çox böyük önəm verirdi. Çünki, Stalinqradın ərazində poladəritmə zavodları, təbii sərvətlər vardı. Bundan əlavə Stalinqradın logistik əhəmiyyəti vardı. Hitler ordusunun məğlubedilməz mifi darmadağın edildi. Bu döyüş Sovet ordusunun gələcək qələbələrinə yol açdı. Azərbaycanın qələbədəki rolu- Stalinqrad döyüşündə azərbaycanlıların rolu barədə nə demək olar? Ümumiyyətlə Stalinqrad döyüşündə azərbaycanlıların şücaəti yetəri qədər araşdırılıbmı? - Azərbaycan müstəqil dövlət olsa da, bizim Rusiya ilə əlaqələrimiz, əməkdaşlığımız davam edir. Ona görə də, Stalinqrad döyüşünün ayrıca araşdırılması vacibdir. Bu tarixi faktlar araşdırılaraq Rusiya ictimaiyyətinə də çatdırılmalıdır. Bu dünya tarixşunaslığı üçün də vacibdir. Azərbaycanlıların fazim üzərində qələbədə rolu dünyaya yayılmalıdır. Düzdür, arxiv materialları əsasında tarixçilər müəyyən faktları üzə çıxardıblar. Sonradan arxivlərə giriş icazəli olduğundan tədqiqatçılar Stalinqrad döyüşlərinin araşdırılmasına nail ola biliblər. Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə Stalinqrad döyüşlərində, Xalac kəndində əsir düşüb. Eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Stalinqradda düşmən tanklarının darmadağın edilməsində böyük şücaət göstərib. Bu məlumatlar Sovet kəşfiyyatına ötürüldükdən sonra Stalinqradda hitlerçilər böyük məğlubiyyətə uğradı. Həmzə Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı almağa layiq olsa da, Kremldəki erməni havadarlar bunun qarşısını aldılar. - Stalinqrad döyüşlərində tarixi faktların üzə çıxarılması üzərində hazırda hansı işlər aparılır? Araşdırmalar zamanı hansı maraqlı faktlar üzə çıxıb? - Biz arxiv materiallarını araşdırarkən Stalinqrad döyüşlərində Azərbaycandan humanitar yardımların göndərildiyi barədə məlumatları əldə etdik. Həmçinin arxivdə Stalinqrad döyüşündə yaralanan insanların Bakıya gətirilərək onlara tibbi yardım göstərilməsinə dair məlumatlar da var. Stalinqradda tikinti-quracılıq işlərinə azərbaycanlılar da cəlb olunub. Təəssüf ki, bu barədə məlumatlar tarixdə öz əksini tapmayıb.
stalinqrad
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40238/13/402381302_110:0:2777:2000_1920x0_80_0_0_9be5d42ab3d3404647324636971b0146.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ii dünya müharibəsi, stalinqrad, döyüş
ii dünya müharibəsi, stalinqrad, döyüş
II Dünya Müharibəsinin qanlı döyüşü - Azərbaycanlı kəşfiyyatçı generalı necə ələ keçirib?
14:10 02.02.2023 (Yenilənib: 14:38 02.02.2023) Tarixçi deyir ki, Stalinqrad döyüşündə qələbə II Dünya Müharibəsinin gedişində dönüş nöqtəsi olub.
BAKI, 2 fevral — Sputnik. Üzərindən 80 il keçsə də "düşmənə qarşı Stalinqrad" deyimi bu gün də məşhurdur. II dünya müharibəsinin ən qanlı vuruşu kimi tarixə düşən Stalinqrad döyüşündə iki milyona yaxın alman və sovet əsgəri, həmçinin dinc əhali həlak olub.
II dünya müharibəsində ən həlledici döyüşlərdən olan Stalinqrad döyüşü Hitler üçün də xüsusi əhəmiyyət kəsb edirdi. Çoxsaylı hərbi və mülki müəssisələrin yerləşdiyi bu şəhər eyni zamanda SSRİ lideri İosif Stalinin adını daşıdığı üçün onun ələ keçirilməsi hitlerçilər qarşısına vəzifə olaraq qoyulmuşdu.
Qeyd edək ki, Hitler faşizminin darmadağın edilməsi ilə nəticələnən müharibədə xalqımızın da Böyük Qələbəyə verdiyi töhfələrin miqyası olduqca genişdir. Elə Stalinqrad döyüşündə də həmvətənlərimiz böyük şücaət göstərib.
Artilleriya batareyasının komandiri, baş leytenant Həmzə Sadıqovun alman generalı fon Rodenburqu əsir alması Stalinqrad döyüşünün taleyinə əhəmiyyətli dərəcədə təsir edib.
Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxardıb.
Stalinqrad döyüşü almanların məğlubedilməzliyi haqqında mifi puç etdi
Bu ilin fevral ayının 2-də Stalinqrad döyüşlərinin 80 illiyi tamam olur. Sputnik Azərbaycan Milli Azərbaycan Tarixi Muzeyinin, Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümovla söhbətdə Stalinqrad döyüşlərində qazanılan qələbənin əhəmiyyəti, onun II dünya müharibəsinin gedişinə təsiri, eləcə də bu döyüşlərdə azərbaycanlıların rəşadəti barədə danışıb.
- Şəfa müəllim, bir neçə gündən sonra Stalinqrad uğrunda qələbənin 80 ili tamam olur. Öncə bu döyüşünün tarixi, eləcə də əhəmiyyəti barədə oxucularımıza məlumat verərdiniz.
- Stalinqrad uğrunda döyüşlər II dünya müharibəsinin ən həlledici döyüşlərindəndir. 1942-ci ilin iyul ayının 16-da başlayıb 1943-cü ilin fevral ayının 2-də başa çatan bu döyüşlər dünyaya kifayət qədər səs salıb.
Bu müharibədə Sovet ordusunun tərkibində yaşayan müxtəlif xalqlar kimi, azərbaycanlılar da iştirak edib. Bu qələbənin qazanılmasında Azərbaycanın, eləcə də Azərbaycan xalqının böyük payı var.
Stalinqrad uğrunda döyüşlər bu müharibənin gedişatında böyük əhəmiyyətə malik olub. Bu hərbi əməliyyatlarda hər iki tərəfdən iki milyon insan həyatını itirib. Stalinqrad döyüşü bəşər tarixində ən çox insan itikisi qeydə alınan döyüşlərdəndir. Hitler Almaniyası Stalinqradın ələ keçirilməsinə çox böyük önəm verirdi. Çünki, Stalinqradın ərazində poladəritmə zavodları, təbii sərvətlər vardı. Bundan əlavə Stalinqradın logistik əhəmiyyəti vardı.
Staliqrad qovşağı Hitler Almaniyası üçün böyük önəm daşıyırdı. Stalinqrad döyüşündə qələbə 2-ci dünya müharibəsinin taleyində böyük dönüş yaratdı.
Hitler ordusunun məğlubedilməz mifi darmadağın edildi. Bu döyüş Sovet ordusunun gələcək qələbələrinə yol açdı.
Azərbaycanın qələbədəki rolu
- Stalinqrad döyüşündə azərbaycanlıların rolu barədə nə demək olar? Ümumiyyətlə Stalinqrad döyüşündə azərbaycanlıların şücaəti yetəri qədər araşdırılıbmı?
- Azərbaycan müstəqil dövlət olsa da, bizim Rusiya ilə əlaqələrimiz, əməkdaşlığımız davam edir. Ona görə də, Stalinqrad döyüşünün ayrıca araşdırılması vacibdir. Bu tarixi faktlar araşdırılaraq Rusiya ictimaiyyətinə də çatdırılmalıdır. Bu dünya tarixşunaslığı üçün də vacibdir. Azərbaycanlıların fazim üzərində qələbədə rolu dünyaya yayılmalıdır. Düzdür, arxiv materialları əsasında tarixçilər müəyyən faktları üzə çıxardıblar. Sonradan arxivlərə giriş icazəli olduğundan tədqiqatçılar Stalinqrad döyüşlərinin araşdırılmasına nail ola biliblər.
Tarixi faktlar təsdiqləyir ki, azərbaycanlılar Stalinqrad döyüşlərində şücaətləri ilə fərqləniblər. 1600 nəfər azərbaycanlı Stalinqrad uğrunda döyüşlərə görə medalı ilə təltif olunub. II dünya müharibəsində iştirak edən bir çox azərbaycanlıların döyüş yolu Stalinqraddan keçib.
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə Stalinqrad döyüşlərində, Xalac kəndində əsir düşüb. Eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Stalinqradda düşmən tanklarının darmadağın edilməsində böyük şücaət göstərib.
Stalinqrad uğrunda Həmzə Sadıqovun qəhrəmanlığı isə dillərə dastandır. Onun rəhbərlik etdiyi kiçik kəşfiyyat dəstəsi Hitlerin sevimli generalı fon Rodenburqu əsir almışdır. Bununla Hitler ordusunun döyüş planı ələ keçmiş, kəşfiyyat məlumatları əldə edilmişdi.
Bu məlumatlar Sovet kəşfiyyatına ötürüldükdən sonra Stalinqradda hitlerçilər böyük məğlubiyyətə uğradı. Həmzə Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı almağa layiq olsa da, Kremldəki erməni havadarlar bunun qarşısını aldılar.
- Stalinqrad döyüşlərində tarixi faktların üzə çıxarılması üzərində hazırda hansı işlər aparılır? Araşdırmalar zamanı hansı maraqlı faktlar üzə çıxıb?
- Biz arxiv materiallarını araşdırarkən Stalinqrad döyüşlərində Azərbaycandan humanitar yardımların göndərildiyi barədə məlumatları əldə etdik. Həmçinin arxivdə Stalinqrad döyüşündə yaralanan insanların Bakıya gətirilərək onlara tibbi yardım göstərilməsinə dair məlumatlar da var. Stalinqradda tikinti-quracılıq işlərinə azərbaycanlılar da cəlb olunub. Təəssüf ki, bu barədə məlumatlar tarixdə öz əksini tapmayıb.