Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi – Lavrov

© Sputnik / Григорий СысоевМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Rusiyalı nazirin sözlərinə görə, İrəvan Azərbaycanın hərəkətlərinin qətiyyətlə pislənilməsinin lazım olduğunu bildirib, amma KTMT-də heç də hamı buna hazır deyildi.
BAKI, 2 fevral — Sputnik. Azərbaycan özünə məxsus olan torpaqları qaytarıb.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov "Rossiya 24" və "RİA Novosti"yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, İrəvan və Bakı Qafqazda sabitliyin təmin olunması üzrə yollar aramağa davam edən zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kömək etməyə hazırdır.
Lavrov bildirib ki, ötən ilin sentyabrında sərhəddə gərginlikdən sonra Ermənistan KTMT-yə müraciət etdi. Təşkilatın baş katibi Ermənistan-Azərbaycan sərhədində oldu və Ermənistanda təşkilatın missiyasının yerləşdirilməsi üzrə planla geri dondü.
Rusiyalı nazirin sözlərinə görə, sonradan İrəvan Azərbaycanın hərəkətlərinin qətiyyətlə pislənilməsinin lazım olduğunu bildirdi.
Hamı buna hazır deyildi. Kimisə müdafiə etmək istədikləri, ya da dəstəkləmək istəmədikləri üçün yox.
Qarabağ müharibəsinin tarixi onilliklərə dayanır. Uzun illər Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib. Rusiya məsələnin diplomatik yolla həlli üçün çoxsaylı variantlar təklif etsə də, Ermənistan rəhbərliyi əraziləri öz əlində saxlamaq istəyirdi. Sergey Lavrov qeyd edib ki, Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb.
İndi tərəflər Alma-Ata bəyannaməsi əsasında sülh sazişi bağlamağa hazır olduqlarına dair saziş imzalayıblar. Sözügedən sənəddə qeyd edilir ki, müstəqil dövlətlərin sərhədləri ittifaq respublikalarının sərhədləri boyunca keçəcək. Qarabağ Azərbaycan SSR-nin tərkibində olub.
KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiyası ilə bağlı təklif aktualdır. Nazir bildirib ki, o, İrəvanın razılığı ilə bir-iki günə yerləşdirilə bilər.
Интервью главы МИД РФ С. Лаврова России 24 и РИА Новости - Sputnik Azərbaycan, 1920, 02.02.2023
RUSİYA
KTMT missiyası Azərbaycan-Ermənistan sərhədində bir-iki günə yerləşdirilə bilər - Lavrov
Xəbər lenti
0