https://sputnik.az/20230202/ktmt-missiyasi-azerbaycan-ermenistan-serhedinde-bir-iki-gune-yerlesdirile-biler---lavrov-451339339.html
KTMT missiyası Azərbaycan-Ermənistan sərhədində bir-iki günə yerləşdirilə bilər - Lavrov
KTMT missiyası Azərbaycan-Ermənistan sərhədində bir-iki günə yerləşdirilə bilər - Lavrov
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Rusiya münaqişənin diplomatiya yolu ilə həlli üçün çoxsaylı variantlar təklif edib. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T14:22+0400
2023-02-02T14:22+0400
2023-02-02T14:22+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
dmitri kiselyov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/02/451331807_0:132:3175:1917_1920x0_80_0_0_b0b75f22c816eacf04adaa54cca9a47f.jpg
BAKI, 2 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi təklifi aktual olaraq qalır, İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib. "Bu çətin vəziyyətdə KTMT-nin Ermənistan və Azərbaycan sərhəddində sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması çox mühüm nailiyyət idi. Bu təklif hələ də müzakirə olunur. Əgər bizim erməni müttəfiqlərimiz, dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər", - deyə Lavrov bildirib. O vurğulayıb ki, erməni tərəfi bunda tələsməsə də, plan çoxdan hazırlanıb. "Nəticədə, artıq İrəvanda keçirilən sammitdə biz müvafiq qərarın mətnini tamamladıq. Lakin erməni həmkarlar bu qərarın onlara Azərbaycanın hərəkətlərinin qəti şəkildə orada qınanacağı təqdirdə lazım olacağını bildirdilər. Ümumiyyətlə, heç də hamı buna hazır deyildi", - deyən Lavrov qeyd edib ki, bu, xüsusən də Qarabağ münaqişəsinin tarixinin onilliklərə getməsi ilə bağlıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin xatırladıb ki, Rusiya münaqişənin diplomatiya yolu ilə həlli üçün çoxsaylı variantlar təklif edib. Lavrov deyib ki, həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Alma-Ata bəyannaməsində göstərilən şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.
https://sputnik.az/20230202/qerb-rusiyani-ozune-gele-bilmeyecek-sekilde-meglub-etmek-isteyir---lavrov-451335879.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/02/451331807_221:0:2952:2048_1920x0_80_0_0_05284fe773f0f9db4610b1b08ab4bbf9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dmitri kiselyov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dmitri kiselyov
KTMT missiyası Azərbaycan-Ermənistan sərhədində bir-iki günə yerləşdirilə bilər - Lavrov
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Rusiya münaqişənin diplomatiya yolu ilə həlli üçün çoxsaylı variantlar təklif edib.
BAKI, 2 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi təklifi aktual olaraq qalır, İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
"Bu çətin vəziyyətdə KTMT-nin Ermənistan və Azərbaycan sərhəddində sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması çox mühüm nailiyyət idi. Bu təklif hələ də müzakirə olunur. Əgər bizim erməni müttəfiqlərimiz, dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər", - deyə Lavrov bildirib.
O vurğulayıb ki, erməni tərəfi bunda tələsməsə də, plan çoxdan hazırlanıb. "Nəticədə, artıq İrəvanda keçirilən sammitdə biz müvafiq qərarın mətnini tamamladıq. Lakin erməni həmkarlar bu qərarın onlara Azərbaycanın hərəkətlərinin qəti şəkildə orada qınanacağı təqdirdə lazım olacağını bildirdilər. Ümumiyyətlə, heç də hamı buna hazır deyildi", - deyən Lavrov qeyd edib ki, bu, xüsusən də Qarabağ münaqişəsinin tarixinin onilliklərə getməsi ilə bağlıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin xatırladıb ki, Rusiya münaqişənin diplomatiya yolu ilə həlli üçün çoxsaylı variantlar təklif edib. Lavrov deyib ki, həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Alma-Ata bəyannaməsində göstərilən şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.