https://sputnik.az/20230202/ehmedbeyli-fuzuli-susa-yolunun-tikintisinde-son-veziyyet-aciqlandi-451343676.html
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisində son vəziyyət açıqlandı
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisində son vəziyyət açıqlandı
Sputnik Azərbaycan
AAYDA məlumat yayıb ki, hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T16:41+0400
2023-02-02T16:41+0400
2023-02-02T16:41+0400
şuşa
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444895185_0:0:1500:844_1920x0_80_0_0_b9f6710f4aa844aa344e51fe4b4c4857.jpg
BAKI, 2 fevral — Sputnik. Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78,7-79,7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182,5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392,5 metrdir (sol-410 m, sağ-375 m). Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m). Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib. "İnşaat Norma və Qaydaları"na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12 210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444895185_188:0:1313:844_1920x0_80_0_0_83fdf811eb1f9b1fe86f6c2defd34a0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisində son vəziyyət açıqlandı
AAYDA məlumat yayıb ki, hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur.
BAKI, 2 fevral — Sputnik. Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78,7-79,7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182,5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392,5 metrdir (sol-410 m, sağ-375 m).
Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).
Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.
"İnşaat Norma və Qaydaları"na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12 210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.