CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğunda çalışanların nə qədəri gəncdir? Rəsmi açıqlama

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Məleykə Abbaszadə bildirib ki, gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır.
BAKI, 2 fevral — Sputnik. "Hazırda ölkədə dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu say kifayət qədər yaxşıdır:
"Onu da qeyd edim ki, dövlət qulluğunda çalışanlar arasında 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 faiz təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir".
"Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək", - M.Abbaszadə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı" təsdiq edilmiş və Mərkəzə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi tapşırılıb.
Fəaliyyət Planında dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi, institusional islahatların həyata keçirilməsi, dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi və digər vacib sahələr üzrə tədbirlər müəyyən edilib.
Xəbər lenti
0