https://sputnik.az/20230202/boyuk-qayidisa-dair-proqramin-icrasi-ucun-teleb-olunan-vesait-mueyyenlesdirilecek-451344575.html
Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək
Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək
Sputnik Azərbaycan
Vəsaitə dair təkliflər 2023-cü il fevralın 20-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməlidir. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T21:35+0400
2023-02-02T21:35+0400
2023-02-02T21:35+0400
cəmiyyət
böyük qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_0:146:3121:1902_1920x0_80_0_0_686266a56de98749cf479a911e2a2b4c.jpg
BAKI, 2 fevral — Sputnik. Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda əksini tapıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Xatırladaq ki, ötən ilin noyabr ayında "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_196:0:2925:2047_1920x0_80_0_0_5fd875056c7c08f7f365db9cedda98e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
böyük qayıdış
Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək
Vəsaitə dair təkliflər 2023-cü il fevralın 20-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməlidir.
BAKI, 2 fevral — Sputnik. Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Xatırladaq ki, ötən ilin noyabr ayında "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.