https://sputnik.az/20230202/bakida-kt-sahesinde-teqaudler-verilecek-451344314.html
Bakıda İKT sahəsində təqaüdlər veriləcək
Bakıda İKT sahəsində təqaüdlər veriləcək
Sputnik Azərbaycan
Nazirlikdən bildiriblər ki, Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T20:10+0400
2023-02-02T20:10+0400
2023-02-02T20:10+0400
xaker
cəmiyyət
ikt
hi-tech
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_0:320:3073:2048_1920x0_80_0_0_f1b44fd9954c8597716aacf5f1f6227e.jpg
BAKI, 2 fevral — Sputnik. 25 yanvar 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi "Technest" Təqaüd Proqramı yeni tədris ilinə start verib. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Bildirilib ki, tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-ə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır. Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən keçərək təqaüdə cəlb olunacaqlar və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqlarının 70, 90 və 100%-i "Technest" tərəfindən təmin olunacaq. Qeyd edək ki, Bakıda 2-ci mərhələdə qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq. Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://technest.idda.az/ Son qeydiyyat tarixi 10.02.2023-cü ildir. Xatırladaq ki, "Technest" Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İRİA ölkədə İKT üzrə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-yə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə "Technest" Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işə qəbul əmsalı 90% təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_169:0:2900:2048_1920x0_80_0_0_32822c6adae1b5b595436164c9ec1280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xaker, ikt, hi-tech
Bakıda İKT sahəsində təqaüdlər veriləcək
Nazirlikdən bildiriblər ki, Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır.
BAKI, 2 fevral — Sputnik. 25 yanvar 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi "Technest" Təqaüd Proqramı yeni tədris ilinə start verib. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-ə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır.
Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən keçərək təqaüdə cəlb olunacaqlar və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqlarının 70, 90 və 100%-i "Technest" tərəfindən təmin olunacaq.
Qeyd edək ki, Bakıda 2-ci mərhələdə qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Son qeydiyyat tarixi 10.02.2023-cü ildir.
Xatırladaq ki, "Technest" Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İRİA ölkədə İKT üzrə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-yə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə "Technest" Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işə qəbul əmsalı 90% təşkil edir.