Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda hərarət salıcı məşhur dərmanlar yoxa çıxıb

© Sputnik / Рамиль СитдиковDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Nəsib Quliyevin sözlərinə görə, hərarətin aşağı salınmasında istifadə edilən ibuprenin istehsalına qadağa qoyulub.
BAKI, 2 fevral — Sputnik. Apteklərdə uzun illərdir ki, istifadə edilmiş, sınanılmış dərman preparatlarını tapmaq müşkülə çevrilib. Xüsusilə uşaqlar üçün məşhur temperatur salıcı dərmanların tapılmaması valideynlərin narahatlığına səbəb olub.
Valideyn Kəmalə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların temperaturunu aşağı salmaq üçün həkim "Panadol" və "Nurofen" siropları məsləhət görüb. Amma bu dərmanların heç birini Bakıda apteklərdən tapa bilmir: "Həm "Koroğlu" metrostansiyasının yaxınlığında, həmçinin də Bayıl qəsəbəsində, eləcə də şəhərdə bir neçə ünvanda yerləşən apteklərə getmişəm. Amma bu dərmanlar heç yerdə tapılmır. Həkim isə uşaqlar üçün temperaturu ən tez salan dərmanların bunlar olduğunu deyir".
Digər valideyn Nigar Polad da bu günlərdə temperaturu yüksələn əkizlərinə bu dərmanları tapmaq üçün bütün aptekləri gəzib. Amma heç bir aptekdə həkimin yazdığı bu dərmanları tapa bilməyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pediatrlar uşaqlar üçün bu dərmanların daha tez hərarəti aşağı saldığını bə ziyansız olduğunu bildirir. Amma valideynlər həmin siropları tapa bilmirlər.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də uşaqlar üçün əksər dərman preparatlarının tapılmadığı barədə məlumatlar yayılır. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.
"Vita"aptekdən Sputnik Azərbaycan-a bildiriblər ki, bir aydır ki, bu dərmanlar depoya belə gəlmir. Buna görə də, apteklərdə satışı həyata keçirilmir: "Artıq "Panadol", "Nurofen" sirpoları bizə gətirilmir. Deyilənə görə, artıq bu dərmanlar ancaq "Alman aptek"lərində satılır. Əlaqə saxladığımız digər apteklərdən də bu dərmanların artıq satılmadığını bildirdilər.
"Alman aptek"dən isə bildirdilər ki, Böyük Britaniya istehsalı olan "Nurofen" siropu və "Panadol" uzun müddətdir ki, gətirilmir. Yalnız "Nurofen" preparatının həbi satılır. Aptekdən bu dərmanların gətirilməsində yaranmış problemin səbəbini bilmədiklərini söylədilər.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Nurofen" siropu zərərli olduğundan artıq onun istehsalı dayandırılıb. N. Quliyevin sözlərinə görə, hərarətin aşağı salınmasında istifadə edilən "İbupren"in istehsalına qadağa qoyulub: "Bu dərmanlar indometasin tərkiblidir. Ona görə də artıq istehsal edilmir".
Amma N. Quliyev "Panadol"un istehsalında heç bir problem olmadığını söylədi. Bildirdi ki, bu dərmana son zamanlar yayılan qrip virusu ilə bağlı tələbat artdığından istehsalçı sifarişləri çatdırmaya bilər.
N. Quliyev qeyd edib ki, "Panadol" parasetamol tərkibli olduğundan, onun istifadəsinə heç bir əks göstəriş yoxdur. Həkim valideynləri körpələrin hərarəti qalxarkən daha çox fiziki üsulla hərarəti salmağa səsləyib. Bildirib ki, bu üsul daha təhlükəsizdir.
"Bu üsul köməyə çatmırsa, valideynlər uşağın yaşına uyğun olaraq pediatrla məsləhətləşib "analgin-dimedrol-novokain"lə uşağa qarışıq iynə vura bilərlər", - deyə kafedra müdiri bildirib.
Xəbər lenti
0