DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya sakinləri Ukraynaya qırıcı təyyarələrin verilməsinə qarşı çıxıblar

© AFP 2024 / KENZO TRIBOUILLARDF-16
F-16  - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
"Der Tagesspiegel"in təqdim etdiyi sorğu məlumatlarına əsasən, almanların 72%-i Ukrayna münaqişəsinin gərginləşməsindən və bunun digər ölkələrə də təsir edə biləcəyindən qorxduğunu etiraf edib.
BAKI, 2 fevral — Sputnik. "Almaniya vətəndaşlarının təxminən 70%-i Ukraynaya yeni qırıcıların, gəmilərin və ya sualtı qayıqların verilməsinə qarşı çıxıb.
Bunu "Der Tagesspiegel"in təqdim etdiyi sorğu məlumatları sübut edir.
Respondentlərin yalnız 19%-i bu qərarı dəstəkləyir. Eyni zamanda, respondentlərin 73%-i Kiyevə yeni tanklar göndərməzdən əvvəl Almaniyanın NATO ilə məsləhətləşmələrinin düzgün qərar olduğuna əmin olduğunu bildirib.
Bundan əlavə, almanların 72%-i Ukrayna münaqişəsinin gərginləşməsindən və bunun digər ölkələrə də təsir edə biləcəyindən qorxduğunu etiraf edib.
Bundan əvvəl Almaniyanın vitse-kansleri Robert Habek belə bir fikir bildirib ki, Ukraynaya döyüş təyyarələrini nəinki bu müddət ərzində, hətta "ümumiyyətlə" göndərmək lazım deyil. O izah edib ki, təyyarələrin tədarükü Almaniyanın münaqişəyə girməsi demək olacaq.
Xəbər lenti
0