https://sputnik.az/20230201/vosmoy-bazarinin-kecmis-sahibi-kassasiya-sikayeti-verib-451300226.html
"Vosmoy bazarı"nın keçmiş sahibi kassasiya şikayəti verib
"Vosmoy bazarı"nın keçmiş sahibi kassasiya şikayəti verib
Sputnik Azərbaycan
Ali Məhkəməyə göndərilən şikayətdə sonuncu qərarın ticarət mərkəzi ilə bağlı hissədə ləğv olunması, Çingiz Əsədovun şikayətinin araşdırılması xahiş olunub 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T17:25+0400
2023-02-01T17:25+0400
2023-02-01T17:25+0400
bazar
cəmiyyət
məhkəmə
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777998_0:161:3071:1888_1920x0_80_0_0_c4f27741b3d53be76e9f917d837f3b5a.jpg
BAKI, 1 fevral — Sputnik. Bakının Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən "Vosmoy bazar" kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan kassasiya şikayəti verilib. Şikayət bazarın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov tərəfindən verilib. Çingiz Əsədovun vəkili Həbib Əliyev deyib ki, sözügedən bazar əvvəllər müvəkkilinə məxsus olub və zorla əlindən alınıb. Vəkilin dediyinə görə, Bakı Apellyasiya Məhkəməsi Çingiz Əsədovu maraqlı şəxs kimi tanısa da, onun şikayətini əsaslı hesab etməyib. Ali Məhkəməyə göndərilən şikayətdə sonuncu qərarın ticarət mərkəzi ilə bağlı hissədə ləğv olunması, Çingiz Əsədovun şikayətinin araşdırılması xahiş olunub. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub. Həmin əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır (Apa).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777998_170:0:2901:2048_1920x0_80_0_0_e36991fb6c2b444de83d643d21d9e951.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bazar, məhkəmə, məhkəmə
"Vosmoy bazarı"nın keçmiş sahibi kassasiya şikayəti verib
Ali Məhkəməyə göndərilən şikayətdə sonuncu qərarın ticarət mərkəzi ilə bağlı hissədə ləğv olunması, Çingiz Əsədovun şikayətinin araşdırılması xahiş olunub
BAKI, 1 fevral — Sputnik. Bakının Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən "Vosmoy bazar" kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan kassasiya şikayəti verilib.
Şikayət bazarın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov tərəfindən verilib.
Çingiz Əsədovun vəkili Həbib Əliyev deyib ki, sözügedən bazar əvvəllər müvəkkilinə məxsus olub və zorla əlindən alınıb. Vəkilin dediyinə görə, Bakı Apellyasiya Məhkəməsi Çingiz Əsədovu maraqlı şəxs kimi tanısa da, onun şikayətini əsaslı hesab etməyib.
Ali Məhkəməyə göndərilən şikayətdə sonuncu qərarın ticarət mərkəzi ilə bağlı hissədə ləğv olunması, Çingiz Əsədovun şikayətinin araşdırılması xahiş olunub.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.
Həmin əmlaklardan biri də 8-ci kilometrdə yerləşən ticarət və xidmət sahəsinin 50 faizlik payıdır (Apa).