https://sputnik.az/20230201/qudret-hesenquliyev-sefirliklerimizin-muhafize-sistemi-yeniden-qurulmalidir-451288044.html
Qüdrət Həsənquliyev: Səfirliklərimizin mühafizə sistemi yenidən qurulmalıdır
Qüdrət Həsənquliyev: Səfirliklərimizin mühafizə sistemi yenidən qurulmalıdır
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, parlamentdə səfirliklərimizin mühafizəsi ilə bağlı xüsusi dinləmə keçirilməlidir 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T13:29+0400
2023-02-01T13:29+0400
2023-02-01T13:29+0400
azərbaycan xəbərləri
qüdrət həsənquliyev
https://cdnn1.img.sputnik.az/img/40005/49/400054903_0:0:1152:648_1920x0_80_0_0_d30757fa787174c95b9b09343d0b1c2c.jpg
BAKI, 1 fevral - Sputnik. “Parlamentin bir iclası Azərbaycanın xaricdəki nümayəndəliklərinin mühafizəsinə həsr olunmalıdır”. Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib. Qüdrət Həsənquliyev deyib ki, səfirliklərin mühafizə sistemi yenidən qurulmalıdır: “Ona görə də parlamentdə səfirliklərimizin mühafizəsi ilə bağlı xüsusi dinləmə keçirilməlidir”. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yanvarın 27-də yaydığı məlumatında deyilib ki, Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib. Hücumu edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40005/49/400054903_0:0:1024:768_1920x0_80_0_0_bb97e53ebe3f81fd1d000c7e3d3bddb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qüdrət həsənquliyev
Qüdrət Həsənquliyev: Səfirliklərimizin mühafizə sistemi yenidən qurulmalıdır
Deputatın sözlərinə görə, parlamentdə səfirliklərimizin mühafizəsi ilə bağlı xüsusi dinləmə keçirilməlidir
BAKI, 1 fevral - Sputnik. “Parlamentin bir iclası Azərbaycanın xaricdəki nümayəndəliklərinin mühafizəsinə həsr olunmalıdır”.
Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, səfirliklərin mühafizə sistemi yenidən qurulmalıdır: “Ona görə də parlamentdə səfirliklərimizin mühafizəsi ilə bağlı xüsusi dinləmə keçirilməlidir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yanvarın 27-də yaydığı məlumatında deyilib ki, Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib.
Hücumu edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.