https://sputnik.az/20230201/olkelerin-neft-dollarindan-imtinasi-abs-da-felaketli-hadiselere-sebeb-olacaq-451254201.html
Ölkələrin neft dollarından imtinası ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq
Ölkələrin neft dollarından imtinası ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq
Sputnik Azərbaycan
Dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb. 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T08:15+0400
2023-02-01T08:15+0400
2023-02-01T08:15+0400
dollar
dünya xəbərləri
abş
ronald reyqan
ağ ev
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966985_0:99:3291:1950_1920x0_80_0_0_496f489f201e542696fdcd1a5523a390.jpg
BAKI, 1 fevral — Sputnik. Dünyanın aparıcı iqtisadiyyatlarının neftin qiymətini dollarla ödəməkdən imtina etməsi Amerika Birləşmiş Ştatlarında fəlakətli hadisələrə səbəb olacaq. Bu fikri ABŞ Prezidenti Ronald Reyqan zamanında maliyyə nazirinin köməkçisi olmuş Pol Kreyq Roberts bildirib. "Neft dollarının sonu dolların dəyərinə, ABŞ-da inflyasiyaya və faiz dərəcələrinə təsir edəcək ciddi mənfi nəticələrə gətirib çıxaracaq", - Ağ Evin keçmiş əməkdaşının saytında dərc olunmuş məqalədə deyilir. Müəllif izah edib ki, dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb. Nəticədə, bir çox dövlətlər ABŞ-dan gələn potensial təhlükələri və cəzaları minimuma endirmək üçün beynəlxalq ticarət məqsədi ilə öz milli valyutalarından istifadə etməyə çalışırlar. Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərb müstəmləkəçilərindən qorunan yeni təchizat zəncirləri qurur. Onun sözlərinə görə, Rusiya Federasiyası getdikcə daha çox milli valyutalarda hesablaşmalara keçir. Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyində (AİB) milli ödəniş sistemlərinin inkişafının vacibliyindən danışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966985_280:0:3011:2048_1920x0_80_0_0_865432fe775225da8bf272fce4127f85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dollar, abş, ronald reyqan, ağ ev, rusiya prezidenti vladimir putin, vladimir putin
dollar, abş, ronald reyqan, ağ ev, rusiya prezidenti vladimir putin, vladimir putin
Ölkələrin neft dollarından imtinası ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq
Dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb.
BAKI, 1 fevral — Sputnik. Dünyanın aparıcı iqtisadiyyatlarının neftin qiymətini dollarla ödəməkdən imtina etməsi Amerika Birləşmiş Ştatlarında fəlakətli hadisələrə səbəb olacaq.
Bu fikri ABŞ Prezidenti Ronald Reyqan zamanında maliyyə nazirinin köməkçisi olmuş Pol Kreyq Roberts bildirib.
"Neft dollarının sonu dolların dəyərinə, ABŞ-da inflyasiyaya və faiz dərəcələrinə təsir edəcək ciddi mənfi nəticələrə gətirib çıxaracaq", - Ağ Evin keçmiş əməkdaşının saytında dərc olunmuş məqalədə deyilir.
Müəllif izah edib ki, dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb. Nəticədə, bir çox dövlətlər ABŞ-dan gələn potensial təhlükələri və cəzaları minimuma endirmək üçün beynəlxalq ticarət məqsədi ilə öz milli valyutalarından istifadə etməyə çalışırlar.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərb müstəmləkəçilərindən qorunan yeni təchizat zəncirləri qurur. Onun sözlərinə görə, Rusiya Federasiyası getdikcə daha çox milli valyutalarda hesablaşmalara keçir.
Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyində (AİB) milli ödəniş sistemlərinin inkişafının vacibliyindən danışıb.