Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
“Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
BAKI, 1 fevral - Sputnik. Milli Məclisin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilən məsələlər məlum olub.
“Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, parlamentin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına 9 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının “Heydər Əliyev -100” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi;
3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
4. Rəqabət Məcəlləsi layihəsi;
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
6. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;
7. “Ali təhsil haqqında” qanun layihəsi;
8. “Qeyri maddi-mədəni irsin qorunması haqqında” qanun layihəsi;
9. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xəbər lenti
0