https://sputnik.az/20230201/milli-meclisde-azerbaycanin-randaki-sefirliyine-terror-hucumu-pislenilib-451285722.html
Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənilib
Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənilib
Sputnik Azərbaycan
Parlamentin iclasında deputat Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvini təklif edib. 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T12:05+0400
2023-02-01T12:05+0400
2023-02-01T12:05+0400
azərbaycan xəbərləri
iran
səfirlik
hücum
terror
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_0:40:1500:884_1920x0_80_0_0_53e2e884b48794abe6a91ee58d8a74f4.jpg
BAKI, 1 fevral - Sputnik. Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənilib. Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Səfirliyin bir əməkdaşı hücumun qarşısını alarkən şəhid olub, ikisi yaralanıb. Parlament bu qanlı terror aktını pisləyib. Spiker qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı konfransında iştirak zamanı, o cümlədən İran parlamentinin sədri də daxil olmaqla keçirilən ikitərəfli görüşdə Tehranda səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı müzakirə aparılıb. Sahibə Qafarova bu görüşlərdə Azərbaycanın terror aktını hərtərəfli araşdırılmasını tələb etdiyini bir daha diqqətə çatdığını vurğulayıb. Deputat Kamran Bayramov bildirib ki, İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı Azərbaycana qarşı son dövrlər aparılan kampaniyanın nəticəsidir. Cinayətkarların ən ciddi məsuliyyətə cəlb olunması İrandan tələb olunmalıdır. Deputat Nizami Səfərov beynəlxalq konvensiyalara əsasən səfirliyin qorunmasının İranın vəzifəsi olduğunu vurğulayıb: “Diplomatik nümayəndəliklərə hücumlar transmilli terror aktı kimi dəyərləndirilir. Konvensiyalara əsasən, səfirliyə hücumun hansı motivlə həyata keçirilməsindən asılı olmayaraq belə hücumlar terror aktı kimi qiymətləndirilir”. Deputat Elnur Allahverdiyev qeyd edib ki, Tehrandakı səfirliyimizə hücum uzun müddət stimullaşdırılıb və hazırlanıb: “Çünki Vətən müharibəsində qələbədən sonra İran Azərbaycana qarşı aqressiv münasibət sərgiləyir, sərhədlərimizdə təlimlər keçirir. Digər tərəfdən, bu gün İranın Azərbaycandakı səfirliyinin necə qorunduğu göz önündədir. Həm də Azərbaycan ən stabil ölkələrdəndir”. Deputat Əminə Ağazadə beynəlxalq konvensiyalara əsasən diplomatik nümayəndəliklərin toxunulmaz olduğunu söyləyib: “Terrorizmin digər cinayətlərdən fərqi siyasi motivlərinin olmasıdır. Azərbaycanın uğurlarını isə İran həzm edə bilmir. Azərbaycanın səmimi qonşuluq mövqeyinə baxmayaraq, İran fərqli mövqedən çıxış edir. Səfirliyə hücuma görə İran beynəlxalq hüquqi məsuliyyət daşıyır”. Deputat Elşən Musayev isə İranın terror aktının qarşısını qabaqcadan ala biləcəyini, ancaq terror aktının qarşısını almadığını vurğulayıb. Deputat Afət Həsənova səfirliyimizə qarşı terror aktının molla rejiminin Azərbaycana münasibətdə növbəti təxribatı olduğunu bildirib. Deputat Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvini təklif edib. Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”. Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_135:0:1366:923_1920x0_80_0_0_96744ea502f053cce47d9461b42ab6a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, səfirlik, hücum, terror
iran, səfirlik, hücum, terror
Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənilib
Parlamentin iclasında deputat Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvini təklif edib.
BAKI, 1 fevral - Sputnik. Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənilib.
Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Səfirliyin bir əməkdaşı hücumun qarşısını alarkən şəhid olub, ikisi yaralanıb. Parlament bu qanlı terror aktını pisləyib.
Spiker qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı konfransında iştirak zamanı, o cümlədən İran parlamentinin sədri də daxil olmaqla keçirilən ikitərəfli görüşdə Tehranda səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı müzakirə aparılıb.
Sahibə Qafarova bu görüşlərdə Azərbaycanın terror aktını hərtərəfli araşdırılmasını tələb etdiyini bir daha diqqətə çatdığını vurğulayıb.
Deputat Kamran Bayramov bildirib ki, İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı Azərbaycana qarşı son dövrlər aparılan kampaniyanın nəticəsidir. Cinayətkarların ən ciddi məsuliyyətə cəlb olunması İrandan tələb olunmalıdır.
Deputat Nizami Səfərov beynəlxalq konvensiyalara əsasən səfirliyin qorunmasının İranın vəzifəsi olduğunu vurğulayıb: “Diplomatik nümayəndəliklərə hücumlar transmilli terror aktı kimi dəyərləndirilir. Konvensiyalara əsasən, səfirliyə hücumun hansı motivlə həyata keçirilməsindən asılı olmayaraq belə hücumlar terror aktı kimi qiymətləndirilir”.
Deputat Elnur Allahverdiyev qeyd edib ki, Tehrandakı səfirliyimizə hücum uzun müddət stimullaşdırılıb və hazırlanıb: “Çünki Vətən müharibəsində qələbədən sonra İran Azərbaycana qarşı aqressiv münasibət sərgiləyir, sərhədlərimizdə təlimlər keçirir. Digər tərəfdən, bu gün İranın Azərbaycandakı səfirliyinin necə qorunduğu göz önündədir. Həm də Azərbaycan ən stabil ölkələrdəndir”.
Deputat Əminə Ağazadə beynəlxalq konvensiyalara əsasən diplomatik nümayəndəliklərin toxunulmaz olduğunu söyləyib: “Terrorizmin digər cinayətlərdən fərqi siyasi motivlərinin olmasıdır. Azərbaycanın uğurlarını isə İran həzm edə bilmir. Azərbaycanın səmimi qonşuluq mövqeyinə baxmayaraq, İran fərqli mövqedən çıxış edir. Səfirliyə hücuma görə İran beynəlxalq hüquqi məsuliyyət daşıyır”.
Deputat Elşən Musayev isə İranın terror aktının qarşısını qabaqcadan ala biləcəyini, ancaq terror aktının qarşısını almadığını vurğulayıb.
Deputat Afət Həsənova səfirliyimizə qarşı terror aktının molla rejiminin Azərbaycana münasibətdə növbəti təxribatı olduğunu bildirib.
Deputat Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvini təklif edib. Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.