https://sputnik.az/20230201/milli-meclis-emeyin-tehlukesizliyi-ve-gigiyenasi-haqqinda-konvensiyani-tesdiqleyib-451298853.html
Milli Məclis “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı təsdiqləyib
Milli Məclis “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı təsdiqləyib
Sputnik Azərbaycan
Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası... 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T17:43+0400
2023-02-01T17:43+0400
2023-02-01T17:44+0400
imza
cəmiyyət
milli məclis
konvensiya
https://cdnn1.img.sputnik.az/img/42351/54/423515422_0:184:3071:1911_1920x0_80_0_0_1f8670c969420f15747053b585079a11.jpg
BAKI, 1 fevral - Sputnik. Azərbaycan parlamenti “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı ratifikasiya edib. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Konvensiyada qeyd olunduğu kimi, sənəd iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər müddəalar da öz əksini tapıb. Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası təsdiq edilib. Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı Xatırladaq ki, Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat Beynəlxalq Əmək Təşkilatıdır (BƏT). BƏT I Dünya Müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılıb. BƏT-in yaradılmasının əsas məqsədi “universal və davamlı sülhə yalnız sosial ədalətin bərqərar olunması ilə nail olmaq mümkündür” inamını əks etdirmək olub. BƏT-in Konstitusiyası 1919-cu il yanvar-aprel tarixləri arasında əvvəl Parisdə, daha sonra isə Versalda görüşmüş Sülh Konfransı tərəfindən təsis edilmiş Əmək Komissiyası tərəfindən hazırlanıb. 1946-cı ildən isə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı olub. BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul olan beynəlxalq təşkilatdır. Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/54/423515422_12:0:2743:2048_1920x0_80_0_0_e617db922bbe807442e77092bf329774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
imza, milli məclis, konvensiya
imza, milli məclis, konvensiya
Milli Məclis “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı təsdiqləyib
17:43 01.02.2023 (Yenilənib: 17:44 01.02.2023) Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası təsdiq edilib.
BAKI, 1 fevral - Sputnik. Azərbaycan parlamenti “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyanı ratifikasiya edib.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Konvensiyada qeyd olunduğu kimi, sənəd iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər müddəalar da öz əksini tapıb.
Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyası təsdiq edilib.
Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı
Xatırladaq ki, Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat Beynəlxalq Əmək Təşkilatıdır (BƏT).
BƏT I Dünya Müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılıb. BƏT-in yaradılmasının əsas məqsədi “universal və davamlı sülhə yalnız sosial ədalətin bərqərar olunması ilə nail olmaq mümkündür” inamını əks etdirmək olub. BƏT-in Konstitusiyası 1919-cu il yanvar-aprel tarixləri arasında əvvəl Parisdə, daha sonra isə Versalda görüşmüş Sülh Konfransı tərəfindən təsis edilmiş Əmək Komissiyası tərəfindən hazırlanıb. 1946-cı ildən isə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı olub.
BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul olan beynəlxalq təşkilatdır.
Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür.