https://sputnik.az/20230201/kreml-azerbaycan-ve-ermenistani-masaya-devet-edir-sulh-gundeliyi-yeniden-acilacaqmi-451307544.html
Kreml Azərbaycan və Ermənistanı masaya dəvət edir: sülh gündəliyi yenidən açılacaqmı?
Kreml Azərbaycan və Ermənistanı masaya dəvət edir: sülh gündəliyi yenidən açılacaqmı?
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi bildiri ki, Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması... 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T22:03+0400
2023-02-01T22:03+0400
2023-02-01T22:03+0400
kreml
siyasət
sülh
sülh sazişi
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
rusiya prezidenti vladimir putin
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852315_0:160:3072:1888_1920x0_80_0_0_a21e3ae9656fd2cd883d71bfb1e9c9e9.jpg
BAKI, 1 fevral — Sputnik. Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı keçirib. Telefon danışığı zamanı Paşinyan Laçın dəhlizindəki vəziyyətin aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib. Bu kontekstdə tərəflər Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər. Yanvarın 31-də həm də Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Danışıq zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması istiqamətində hər bir görüşə hazırdır. Politoloq İlyas Hüseynov Moskva görüşünün hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı fikirlərini bölüşüb. Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması kontekstində Rusiyanın təşəbbüsü ortadadır: "Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında ötən ilin oktyabrın 31-də Soçidə ali səviyyədə keçirilmiş son görüşün təşəbbüskarı da Rusiya olub. Sonrakı dövrdə Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu, ancaq Fransanın pozucu niyyətləri görüşün baş tutmamasında əsas maneə kimi qiymətləndirildi. Bununla yanaşı ilin sonunda XİN rəhbərləri səviyyəsində Moskvada görüşün keçirilməsi nəzərdə tutulmuşdu, lakin Ermənistan XİN rəhbəri Laçın-Xankəndi yolunda baş verən prosesləri bəhanə gətirərək Moskva görüşündən imtina etdi. Şübhəsiz ki, 2023-cü ildə diplomatik trek davam etdirilməlidir". Politoloq qeyd edib ki, Aİ bu prosesdə vasitəçi rolunda çıxış etməyə səy göstərir, ancaq onu da hiss edirik ki, Fransa bu prosesdə dominant rola iddia edir: "Azərbaycan tərəfi ilə razılaşdırılmadan Aİ mülki missiyasının Ermənistana göndərilməsi bizim üçün bu platformanın aktuallığını azaldır. Ona görə də Rusiyada görüşlərin keçirilməsi məqbul variant hesab oluna bilər". "Amma burada Rusiya tərəfinə də bir sıra suallar var, xüsusilə də Vardanyanın Azərbaycan sərvətlərini talan etməsilə bağlı. Lakin düşünürəm ki, Rusiya konstruktiv yanaşacaqsa, sülh istiqamətində təşəbbüsləri dəstəkləyib ona töhfə verərək addımlar atacaqsa, bu platforma uğurlu ola bilər. Artıq ilkin addımı Rusiya tərəfi atıb. Bununla da yüksək səviyyəli görüşə hazırlığın konturları görünməkdədir. Ümid edirik ki, bu görüşə aparılan hazırlıq işləri öz nəticəsini verəcək, regionda dayanıqlı sülhün təmin olunmasına töhfə verəcək", - deyə politoloq qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852315_171:0:2902:2048_1920x0_80_0_0_11512239e390f8ad19fb1a44b924e74d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kreml, sülh, sülh sazişi, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, rusiya prezidenti vladimir putin, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
kreml, sülh, sülh sazişi, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, rusiya prezidenti vladimir putin, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Kreml Azərbaycan və Ermənistanı masaya dəvət edir: sülh gündəliyi yenidən açılacaqmı?
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi bildiri ki, Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması istiqamətində hər bir görüşə hazırdır.
BAKI, 1 fevral — Sputnik. Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı keçirib. Telefon danışığı zamanı Paşinyan Laçın dəhlizindəki vəziyyətin aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Bu kontekstdə tərəflər Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Yanvarın 31-də həm də Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Danışıq zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vacibliyi vurğulanıb.
Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması istiqamətində hər bir görüşə hazırdır.
Politoloq İlyas Hüseynov Moskva görüşünün hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması kontekstində Rusiyanın təşəbbüsü ortadadır: "Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında ötən ilin oktyabrın 31-də Soçidə ali səviyyədə keçirilmiş son görüşün təşəbbüskarı da Rusiya olub. Sonrakı dövrdə Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu, ancaq Fransanın pozucu niyyətləri görüşün baş tutmamasında əsas maneə kimi qiymətləndirildi. Bununla yanaşı ilin sonunda XİN rəhbərləri səviyyəsində Moskvada görüşün keçirilməsi nəzərdə tutulmuşdu, lakin Ermənistan XİN rəhbəri Laçın-Xankəndi yolunda baş verən prosesləri bəhanə gətirərək Moskva görüşündən imtina etdi. Şübhəsiz ki, 2023-cü ildə diplomatik trek davam etdirilməlidir".
Politoloq qeyd edib ki, Aİ bu prosesdə vasitəçi rolunda çıxış etməyə səy göstərir, ancaq onu da hiss edirik ki, Fransa bu prosesdə dominant rola iddia edir: "Azərbaycan tərəfi ilə razılaşdırılmadan Aİ mülki missiyasının Ermənistana göndərilməsi bizim üçün bu platformanın aktuallığını azaldır. Ona görə də Rusiyada görüşlərin keçirilməsi məqbul variant hesab oluna bilər".
"Amma burada Rusiya tərəfinə də bir sıra suallar var, xüsusilə də Vardanyanın Azərbaycan sərvətlərini talan etməsilə bağlı. Lakin düşünürəm ki, Rusiya konstruktiv yanaşacaqsa, sülh istiqamətində təşəbbüsləri dəstəkləyib ona töhfə verərək addımlar atacaqsa, bu platforma uğurlu ola bilər. Artıq ilkin addımı Rusiya tərəfi atıb. Bununla da yüksək səviyyəli görüşə hazırlığın konturları görünməkdədir. Ümid edirik ki, bu görüşə aparılan hazırlıq işləri öz nəticəsini verəcək, regionda dayanıqlı sülhün təmin olunmasına töhfə verəcək", - deyə politoloq qeyd edib.