DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Fox News"un aparıcısı: ABŞ "Şimal axını"ndakı partlayışlarda iştirak edib

© Photo : Danish Defence"Şimal axını"ndakı partlayış
Şimal axınındakı partlayış - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Karlson onu da qeyd edib ki, baş verənlər tarixdə insan əlləri ilə yaradılan ən böyük təbii fəlakətdir.
BAKI, 1 fevral — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlara sevinməsi Prezident Co Bayden administrasiyasının təxribatda iştirakından xəbər verir.
Bunu "Fox News" telekanalının aparıcısı Taker Karlson bildirib.
Teleaparıcı onu da xatırladıb ki, ötən ilin yanvarında Nuland Rusiya Federasiyasının Avropaya qaz göndərə bilməməsi üçün Rusiya boru kəmərlərini "partlatmaqla hədələyib".
Bununla yanaşı, Karlson qeyd edib ki, baş verənlər tarixdə insan əlləri ilə yaradılan ən böyük təbii fəlakətdir.
Teleaparıcının həmsöhbəti, ABŞ prezidentliyinə keçmiş namizəd Tulsi Qabbard da qeyd edib ki, Amerika hakimiyyəti öz vətəndaşlarına, Rusiyanın guya özünün enerji infrastrukturunu partlatması ilə bağlı absurd yalanlar aşılamağa çalışıb.
"Nulandın bəyanatı onun və administrasiyanın həqiqətlərini ortaya qoydu - onlar ABŞ-ın bu işə qarışmadığı barədə bizə o qədər yalan danışıblar ki,", - deyə siyasətçi sözünü yekunlaşdırıb.
Bundan əvvəl Amerikanın "Gray Zone" nəşrinin şərhçisi Maks Blyumental da Almaniya kansleri Olaf Şoltsu "Şimal axını" hücumlarından sonra ABŞ-a güzəştə getdiyinə görə ələ salmışdı.
Xəbər lenti
0