Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ən səmimi sevgi ilə" sənədli filminin təqdimatı olub

© Sputnik / Abbasova ShahperiMəhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusunun həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb
BAKI, 1 fevral — Sputnik. Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə" sənədli filminin təqdimatı olub. "Park Cinema" Alov Qüllələri kinoteatrında keçirilən tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib. Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib.
© Sputnik / Abbasova ShahperiMəhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib: "Sizin isti münasibətiniz, Rəsulzadə fəaliyyətini, ailəsini ürəkdən qəbul etdiyiniz hər an hiss olunur. Rəsulzadəyə, tariximizə olan böyük məhəbbətiniz üçün təşəkkür edirəm. Filmin yaradıcı heyətinə bu diqqət üçün minnətdaram. Arzu edirəm ki, "Yüz ilin sirləri" olaraq yolunuza davam edib, bundan sonra da tariximizin bilinməyən səhifələrini üzə çıxararsınız".
© Sputnik / Abbasova ShahperiMəhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Layihənin müəllifi AZTV-də yayımlanan "Yüz ilin sirləri" verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında "mən bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm" - deyə bildirib.
Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və video görüntülər nümayiş olunur.
© Sputnik / Abbasova ShahperiMəhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı
Qeyd edək ki, "Park Cinema" kinoteatrlar şəbəkəsində təqdim olunan film ilk olaraq 2 günlük nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə nümayiş fevralın 8-dək uzadılıb.
Xəbər lenti
0