Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əməyin mühafizəsinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək

© Sputnik / Murad Orujovİşçi
İşçi - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni - “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.
BAKI, 1 fevral - Sputnik. Azərbaycanda əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) və Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, bir-biri ilə bağlıdır.
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə bağlıdır. Belə ki, əməyin təhlükəsizliyi və gigiyenası üzrə şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması üçün Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni - “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb. Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
Xəbər lenti
0