https://sputnik.az/20230201/deleduzluqda-ittiham-olunaraq-beraet-alan-sexsle-bagli-hokm-legv-edilib-451295669.html
Dələduzluqda ittiham olunaraq bəraət alan şəxslə bağlı hökm ləğv edilib
Dələduzluqda ittiham olunaraq bəraət alan şəxslə bağlı hökm ləğv edilib
Sputnik Azərbaycan
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bəraət almış şəxs barəsindəki hökmün ləğv... 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T15:04+0400
2023-02-01T15:04+0400
2023-02-01T15:05+0400
cəmiyyət
məhkəmə
bakı apellyasiya məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 1 fevral — Sputnik. Yasamal Rayon Məhkəməsinin külli miqdarda dələduzluqda ittiham olunan Şahmar Əliyevə bəraət verilməsi ilə bağlı hökmündən verilmiş protestə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bəraət almış şəxs barəsindəki hökmün ləğv edilməsini tələb edib. Prokuror protest haqda danışaraq bildirib ki, məhkəmə ittihamın təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlib. Qeyd edib ki, ittihamın sübutlarının rədd edilməsi motivləri hökmdə əsaslandırılmağa çalışılsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil edib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Şahmar Əliyevin verilmiş ittihamla təqsirli bilinərək azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə protesti qismən təmin edib. Qərara əsasən, Şahmar Əliyev barəsindəki bəraətverici hökm ləğv edilib. Lakin ona həbs cəzası deyil, 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) verilib. Qeyd edək ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovaya məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərəcəyi adı ilə yalan vəd verərək ondan 20 min manat məbləğində pul aldığı iddia olunur. Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş Yasamal Rayon Məhkəməsində araşdırılıb. Məhkəmənin 17 iyun tarixli hökmü ilə Şahmar Əliyev verilmiş ittihamlarla təqsirsiz hesab olunaraq bəraət alıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, bakı apellyasiya məhkəməsi
məhkəmə, bakı apellyasiya məhkəməsi
Dələduzluqda ittiham olunaraq bəraət alan şəxslə bağlı hökm ləğv edilib
15:04 01.02.2023 (Yenilənib: 15:05 01.02.2023) Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bəraət almış şəxs barəsindəki hökmün ləğv edilməsini tələb edib
BAKI, 1 fevral — Sputnik. Yasamal Rayon Məhkəməsinin külli miqdarda dələduzluqda ittiham olunan Şahmar Əliyevə bəraət verilməsi ilə bağlı hökmündən verilmiş protestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bəraət almış şəxs barəsindəki hökmün ləğv edilməsini tələb edib.
Prokuror protest haqda danışaraq bildirib ki, məhkəmə ittihamın təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlib. Qeyd edib ki, ittihamın sübutlarının rədd edilməsi motivləri hökmdə əsaslandırılmağa çalışılsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil edib.
Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Şahmar Əliyevin verilmiş ittihamla təqsirli bilinərək azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə protesti qismən təmin edib.
Qərara əsasən, Şahmar Əliyev barəsindəki bəraətverici hökm ləğv edilib. Lakin ona həbs cəzası deyil, 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) verilib.
Qeyd edək ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovaya məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərəcəyi adı ilə yalan vəd verərək ondan 20 min manat məbləğində pul aldığı iddia olunur.
Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş Yasamal Rayon Məhkəməsində araşdırılıb. Məhkəmənin 17 iyun tarixli hökmü ilə Şahmar Əliyev verilmiş ittihamlarla təqsirsiz hesab olunaraq bəraət alıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib (APA).