Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu ilin inflyasiya proqnozu açıqlandı

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib
BAKI, 1 fevral — Sputnik. 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir:
“2022-ci ilin dekabrında illik inflyasiya 14.4% olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə cəmi 1.2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10.2%, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10.6% olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23.4% olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır".
"2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir”, - deyə məlumatda bildirilib.
Bununla belə, qeyd olunub ki, inflyasiya mühitində qeyd olunan risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır.
Xəbər lenti
0