CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda minimum əmək pensiyası artırılır

© Sputnik / Elvin Ahmad pensiya
 pensiya - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
BAKI, 1 fevral - Sputnik. Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihə vətəndaşların sosial rifahının artırılması istiqamətində həyata keçirilən növbəti addımdır və sənəddə əmək pensiyasının minimum məbləğinin 2023-ci il fevralın 1-dən 280 manat müəyyənləşdirmək təklif olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
Qanun qəbul ediləcəyi təqdirdə 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.
Xəbər lenti
0