CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda katastrofik zəlzələ gözlənilir?

© AFP 2024 / NICOLAS ASFOURISeysmoqraf
Seysmoqraf - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirir ki, hansı bölgədə güclü zəlzələnin baş verəcəyini indidən demək mümkün deyil.
BAKI, 1 fevral — Sputnik. Yanvarın 28-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib. Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.
Bundan əvvəl isə Gürcüstan-Azərbaycan sərhədində də zəlzələ olub. Təkanlar Zaqatala stansiyasından 29 km şimal-qərbdə Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb. Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Azərbaycan üçün dağıdıcı zəlzələ gözlənilirmi?
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İranda baş verən güclü zəlzələ Naxçıvanda hiss olunsa da, Azərbaycanda seysmiklik fon səviyyəsindədir:
"Dünən səhər (31 yanvar - red.) İsmayıllıda baş verən zəlzələ güclü deyildi, 3 baladək hiss olunmuşdu. Digər ərazilərdə də xırda, hiss olunmayan təkanlar var və bu, hər gün baş verir".
Ekspertlər hər 20-25 ildən bir Bakıda güclü zəlzələnin proqnozlaşdırıla bilən olduğunu deyirlər. 2000-ci ildə paytaxtda güclü zəlzələnin (5,5-6 bal gücündə) olduğunu xatırlatsaq, qeyd edə bilərik ki, indilərdə belə bir halın təkrarlanması an məsələsidir. Q.Yetirmişli isə deyib ki, güclü zəlzələnin harada baş verəcəyini indidən demək mümkün deyil:
"Hansısa bölgədə güclü zəlzələnin baş verəcəyini bəri başdan demək mümkün deyil. Təşvişə düşməyə lüzum yoxdur. Ola bilər ki, xırda təkanlar, hiss olunan zəlzələlər də baş versin. Lakin bu, qorxulu, katastrofik olmayacaq".
Xatırladaq ki, yanvarın 29-da İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. Son bir neçə həftədir ki, Azərbaycanla sərhəd ölkələrdə seysmik aktivlik müşahidə edilir.
Xəbər lenti
0