CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan vətəndaşları üçün Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana giriş açıqdır

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatında olan şəxslər üçün mümkündür
BAKI, 1 fevral — Sputnik. Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvan Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvan MR qeydiyyatında olan şəxslər üçün mümkündür.
Bu barədə "Report"a Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.
Xəbər lenti
0