Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

© AR Ministry of DefenceЗакир Гасанов
Закир Гасанов - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib
BAKI, 1 fevral — Sputnik. Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Müdafiə Nazirliyindən verilən digər məlumatda deyilir ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək. Nazir türkiyəli həmkarı Hulusi Akarla birlikdə Türkiyənin Qars əyalətində keçirilən "Qış-2023" hərbi təlimlərini izləyəcək.
Qeyd edək ki, yanvarın 18-dən başlayan "Qış-2023" hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-si təlimlərin son və əsas günüdür. (Apa) Xatırladaq ki, Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi - 2023" təlimlərində hava manevrlərini icra ediblər.
Xəbər lenti
0