ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib

© AFP 2024 / NICHOLAS KAMMГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir.
BAKI, 1 fevral - Sputnik. ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.
“Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, - Blinken sosial şəbəkə hesabında yazıb.
Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı Səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibinin müavininin məsləhətçisi və Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavinin müşaviri olub. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb.
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti bu ilin əvvəlində başa çatıb.
Xəbər lenti
0