https://sputnik.az/20230131/xn-rana-seyahet-etmek-isteyen-azerbaycan-vetendaslarina-xeberdarliq-etdi-451238154.html
XİN İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
XİN İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T11:22+0400
2023-01-31T11:22+0400
2023-01-31T11:41+0400
siyasət
iran
iran islam respublikası
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/40054/40/400544008_1:0:1366:768_1920x0_80_0_0_151179351f6fba4d1164b4a4473140e4.jpg
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilir ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. Müraciətdə həmçinin vətəndaşlara ehtiyatlı olmaq və lazım olan anda Təbrizdəki Konsulluqla əlaqə saxlamaq tövsiyə edilib: "İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9 TEL: (+98413) 333 48 03 FAKS: (+98413) 331 53 80 E-MAIL: tabriz@mission.mfa.gov.az WEBSITE: tabriz.mfa.gov.az"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40054/40/400544008_171:0:1195:768_1920x0_80_0_0_e62d18c5aae4f084d02b5a563359cb70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, iran islam respublikası, azərbaycan xin
iran, iran islam respublikası, azərbaycan xin
XİN İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
11:22 31.01.2023 (Yenilənib: 11:41 31.01.2023) Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
Müraciətdə həmçinin vətəndaşlara ehtiyatlı olmaq və lazım olan anda Təbrizdəki Konsulluqla əlaqə saxlamaq tövsiyə edilib:
"İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az"