DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyəsiz Macarıstanın enerji təhlükəsizliyi yoxdur - Siyarto

© AFP 2023 / MICHAL CIZEKPeter Siyarto
Peter Siyarto - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Macarıstanın ticarət və xarici işlər naziri bildirib ki, enerji təhlükəsizliyinin əsası Azərbaycanda çıxan təbii qazın Türkiyə vasitəsilə Mərkəzi Avropaya, o cümlədən Macarıstana nəql edilməsindədir.
BAKI, 31 yanvar — Sputnik. "Macarıstan gələn ay Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq qaz sammitində iştirak edəcək".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Azərbaycan qazının Macarıstan və bəzi Şərqi Avropa ölkələrinə çatdırılması üçün Türkiyə olaraq hər cür dəstəyi verəcəklər: "Azərbaycanla da bu mövzuda razılaşdıq. Enerji əməkdaşlığımızı gələcəkdə daha da gücləndirəcəyik".
Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto isə bildirib ki, Türkiyəsiz Macarıstanın enerji təhlükəsizliyi yoxdur: "Enerji təhlükəsizliyinin əsası Azərbaycanda çıxan təbii qazın Türkiyə vasitəsilə Mərkəzi Avropaya, o cümlədən Macarıstana nəql edilməsindədir. Artıq bununla bağlı müzakirələr başlayıb."
Xəbər lenti
0