Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tikintisi qadağan edilən obyekti yenidən tikmək istədilər - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Tikintisi qanunsuz davam etdirilən obyekt sökülüb
Tikintisi qanunsuz davam etdirilən obyekt sökülüb  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.
BAKI, 31 yanvar — Sputnik. Bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Tikintisi qanunsuz davam etdirilən obyekt sökülüb
Tikintisi qanunsuz davam etdirilən obyekt sökülüb  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Tikintisi qanunsuz davam etdirilən obyekt sökülüb
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Xatırladaq ki, bundan öncə Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
Xəbər lenti
0