https://sputnik.az/20230131/terrorculugun-maliyyelesdirilmesine-qarsi-mubarize-sahesinde-koordinasiya-surasi-yaradilir-451273454.html
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılır
Sputnik Azərbaycan
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə... 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T18:50+0400
2023-01-31T18:50+0400
2023-01-31T18:50+0400
terrorçuluq
cəmiyyət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/09/09/424883880_0:42:1920:1122_1920x0_80_0_0_37d822fb741205e259fefa45ab36145d.jpg
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində: - Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli; - yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; - maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Xatırladaq ki, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/09/424883880_209:0:1916:1280_1920x0_80_0_0_f8078a3606b61e979b6263107cbae929.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
terrorçuluq, prezident ilham əliyev
terrorçuluq, prezident ilham əliyev
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılır
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda əksini tapıb.
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:
- Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;
- yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Xatırladaq ki, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər nəzərdə tutulur.