https://sputnik.az/20230131/qazaxistan-seckilerinde-mdb-missiyasina-kim-rehberlik-edecek--451253480.html
Qazaxıstan seçkilərində MDB missiyasına kim rəhbərlik edəcək?
Qazaxıstan seçkilərində MDB missiyasına kim rəhbərlik edəcək?
Sputnik Azərbaycan
Birliyin baş katibi Sergey Lebedev bildirib ki, missiya fevralın sonu - martın əvvəlində işə başlamağı planlaşdırır. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T22:01+0400
2023-01-31T22:01+0400
2023-01-31T22:01+0400
qazaxıstan
dünya xəbərləri
mdb
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448787577_0:0:3020:1699_1920x0_80_0_0_84ba776cb98514164e9397161e15d84e.jpg
BAKI, 31 yanvar — Sputnik. Qazaxıstanda keçiriləcək seçkilərdə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik edəcəyi MDB müşahidəçilər missiyası fevralın sonu - martın əvvəlində işə başlamağı planlaşdırır. Bunu Birliyin baş katibi Sergey Lebedev jurnalistlərə bildirib. "Biz missiyanın formalaşdırılması ilə məşğuluq. Ehtimal olunur ki, mənim birinci müavinim Anfimov Leonid Vasilyeviç keçiriləcək seçkilərdə missiyaya rəhbərlik edəcək. Düşünürəm ki, 20 gün ərzində ora qabaqcıl qrup gedəcək. Missiyanın qərargahı açılacaq, qısamüddətli müşahidəçilər adətən seçkilərə üç gün əvvəl gəlirlər", - deyə Lebedev bildirib. Sergey Lebedev qeyd edib ki, MDB Ukraynadakı vəziyyətin sülh sazişinin əldə olunması ilə başa çatacağına ümid edir. "Təəssüf ki, Ukrayna MDB orqanlarının işində iştirak etmir, lakin biz ümid edirik ki, bu gün Ukraynada yaranmış vəziyyət sülh sazişinin əldə olunması ilə başa çatacaq. Rusiya Federasiyasının rəhbərliyi də bu barədə dəfələrlə danışıb. Ancaq hansı şərtlərlə olacağı artıq danışıqlar mövzusudur", - deyə Lebedev bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448787577_291:0:3020:2047_1920x0_80_0_0_8de0e697e6c9bc033351dae20d4c75c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, mdb, ukrayna
Qazaxıstan seçkilərində MDB missiyasına kim rəhbərlik edəcək?
Birliyin baş katibi Sergey Lebedev bildirib ki, missiya fevralın sonu - martın əvvəlində işə başlamağı planlaşdırır.
BAKI, 31 yanvar — Sputnik. Qazaxıstanda keçiriləcək seçkilərdə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik edəcəyi MDB müşahidəçilər missiyası fevralın sonu - martın əvvəlində işə başlamağı planlaşdırır. Bunu Birliyin baş katibi Sergey Lebedev jurnalistlərə bildirib.
"Biz missiyanın formalaşdırılması ilə məşğuluq. Ehtimal olunur ki, mənim birinci müavinim Anfimov Leonid Vasilyeviç keçiriləcək seçkilərdə missiyaya rəhbərlik edəcək. Düşünürəm ki, 20 gün ərzində ora qabaqcıl qrup gedəcək. Missiyanın qərargahı açılacaq, qısamüddətli müşahidəçilər adətən seçkilərə üç gün əvvəl gəlirlər", - deyə Lebedev bildirib.
Sergey Lebedev qeyd edib ki, MDB Ukraynadakı vəziyyətin sülh sazişinin əldə olunması ilə başa çatacağına ümid edir.
"Təəssüf ki, Ukrayna MDB orqanlarının işində iştirak etmir, lakin biz ümid edirik ki, bu gün Ukraynada yaranmış vəziyyət sülh sazişinin əldə olunması ilə başa çatacaq. Rusiya Federasiyasının rəhbərliyi də bu barədə dəfələrlə danışıb. Ancaq hansı şərtlərlə olacağı artıq danışıqlar mövzusudur", - deyə Lebedev bildirib.