CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpoteka kreditlərinə dair müraciətlərin qəbuluna başlanılır

© Official website of President of Azerbaijan Republicİpoteka
İpoteka  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Fevralın 2-dən güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.
BAKI, 31 yanvar — Sputnik. Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb.
Məlumata görə, "Elektron ipoteka və kredit zəmanət" sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb.
İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Xəbər lenti
0